Icma.az
close
up
RU
Статья не опубликована
Minillik tariximizi ingilis dili vasitəsilə öyrənməyəcəyik axı Professor Nadir Məmmədli

Minillik tariximizi ingilis dili vasitəsilə öyrənməyəcəyik axı Professor Nadir Məmmədli

Icma.az bildirir, Aznews.az portalına istinadən.

Bu gün Azərbaycan dilində sözlərin yazılışı, tələffüzü ilə bağlı insanlar diskussiya aparır, nəyin düzgün, nəyin yanlış olduğunu müəyyən etməyə çalışırlar. Bu, yaxşı haldır, insanların ana dilinə marağını, sevgisini göstərir. Lakin Azərbaycan dili və türkologiya sahələrində alimlərin sayı azalır. Türkologiya sahəsində Qazaxıstan hazırda öndə gedən ölkələrdən biridir. Türkiyədə də bu sahə inkişaf edir, həmçinin Özbəkistanda və Qırğızıstanda da. Lakin Azərbaycanda olan vəziyyət gələcəkdə türkologiya üzrə mütəxəssis probleminin yaşanacağından xəbər verir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli söyləyib. O bildirib ki, Dilçilik İnstitutunda doktorantura və dissertanturada türk dilləri, Azərbaycan dili ixtisaslarını seçənlərin sayı çox azdır:

“Ona görə ki, türk dilləri, Azərbaycan dili ixtisaslarını seçənlər Dövlət İmtahan Mərkəzində ingilis dilindən imtahan verməlidirlər. Gələcəkdə dil tarixi ilə məşğul olana və yaxud gələcəyin türkoloquna ilkin mərhələdə doğrudanmı ingilis, yaxud alman dilindən imtahan vermək lazımdır? Bəlkə bu ixtisasları seçənlər üçün imtahan kimi Şərq dilləri müəyyən edilə. Minillik tariximizi ingilis dili vasitəsilə öyrənməyəcəyik axı. Həmin mənbələrin çoxu Şərq dillərindədir. Avropa dillərindən imtahan verə bilməyən şəxs artıq bizim institutun doktoranturasına qəbul ola bilmir, yaxud dissertanturaya gələ bilmir. Beləliklə də gələcəyin mütəxəssislərinin sayı azalır. Bu problemin nəticəsidir ki, müdafiələr əsasən dil nəzəriyyəsi üzrə keçirilir. Azərbaycan dili və ingilis dili tipoloji cəhətdən fərqli dillərdir. Dünya dillərinin öyrənilməsi yaxşı haldır. Dil nəzəriyyəçiləri Avropa dillərindən imtahan verə bilərlər. Lakin gələcəyin türkoloqlarına, dil tarixçilərinə bu tələbin qoyulması çətinlik yaradır. Nəticədə Azərbaycan dili, türkologiya sahələrinə bir nəfər gəlir, ya gəlmir”.

Direktor Nadir Məmmədli, eyni zamanda, qardaş Türkiyədən alimlərin Dilçilik İnstitutunda türkologiya ilə bağlı seminarlar keçirməyə hazır olduqlarını söyləyib.

“Ulu Öndər deyirdi ki, əvvəlcə öz dilini, sonra başqalarının dilini öyrən. Bu, böyük bir hikmətdir. Ümummilli Liderin dilimiz haqqında bu fikrini də xatırlamaq istərdim: “Xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Deməyim odur ki, bu gün gənclərin doktoranturada, dissertanturada türkologiya, Azərbaycan dili ixtisaslarını, dil tarixini seçməməsi gələcəkdə öz təsirini göstərəcək”, - deyə professor Nadir Məmmədli fikrini yekunlaşdırıb.

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 13 Mart 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişi qadın münasibətində balansı necə qorumaq olar?

03 May 2025 06:35see207

Şəmkirdə Prado Kamaz la toqquşdu

03 May 2025 12:42see190

Ukrayna məktəbləri dövlət dilində ünsiyyətin yoxlanılmasına başlayır

03 May 2025 19:09see161

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see149

Naxçıvan şəhərinə dolu yağıb FOTO

04 May 2025 00:18see148

Sumqayıtda yaşlı qadını yük maşını vurdu

03 May 2025 12:28see141

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see136

Tibbi sosial aksiya keçiriləcək

03 May 2025 09:01see135

“Euronews” kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb

03 May 2025 15:14see132

Zəlzələdə çökmə riski olan binalar Belə binalar hansı ərazilərdə tikilib? + VİDEO

03 May 2025 12:04see128

Zaxarova bu məsələyə aydınlıq gətirdi

03 May 2025 15:55see128

Keçmiş baş nazirə 34 il həbs cəzası

03 May 2025 17:10see125

Bakıda bu ərazilərdə 10 yeni metro stansiya tikiləcək RƏSMİ

03 May 2025 15:46see125

Premyer Liqa: XXXIII tura iki oyunla yekun VURULACAQ

04 May 2025 09:14see121

Hər bir cəmiyyətin təməl daşlarından biri...

03 May 2025 10:29see120

Birol Akgün: 1926 cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi səbirsizliklə gözləyirik

03 May 2025 18:47see119

Ata balasına kömək üçün yalvarır: Qızımın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır

03 May 2025 18:36see117

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see116

“Araz Naxçıvan” tilsimi qıracaqmı?

03 May 2025 12:29see115

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri