Icma.az
close
up
RU
Статья не опубликована
Professor Nadir Məmmədli və institutun bütün alimlərinə səslənirəm: AMEA Dilçilik İnstiutu niyə susur?

Professor Nadir Məmmədli və institutun bütün alimlərinə səslənirəm: AMEA Dilçilik İnstiutu niyə susur?

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

Bu gün bütün günü beynimdə dolaşan bir sual vardı. İndi baxıram ki, çox hörmətli həmkarım, Azərbaycan mediasının və cəmiyyətinin önəmli beyinlərindən olan Vusal Mammadov bu sualı bir təklif formasına salaraq dilçi alimləri cəmiyyətdə gedən müzakirələrə münasibət bildirməyə çağırıb. Düzdür, bu müzakirələri bir çox məqamlarda səfehlik dərəcəsinə endiyini qəbul etsəm də, gedən diskussiyaları böyük planda təbii və lazımlı sayıram. O sadə səbəbə görə ki, elə bu mübahisələr də göstərdi ki, ana və dövlət dilimizə ciddi təhdidlər var, bu təhdidlərin necə çıxmağımızla bağlı cəmiyyətimizdə aydın bir mövqe yoxdur. Məsələnin aktuallığını nəzərə alıb həmin təhdidləri bir daha sıralayıram.

1. Qloballaşma təhdidləri: Bu gün Azərbaycanda "Plaza dili" anlayışı meydana çıxıb və plazalarda danışılan dil dövlət dilimizə sadəcə olaraq hörmətsizlikdir.

2. Müstəmləkə komplekslərindən doğan təhdidlər: Ayaz Salayevin rusdilli şəhər mühitinə nostalgiyası bunun ən tipik örnəklərindən biridir, eyni zamanda, kabel televiziya paketlərində rus dilinin dominantlığı gözdən qaça bilməz. Biz bu gün Azadlıq Radiosuna, BBC-ə, "Sputnik"ə etiraz edir, onun informasiya məkanımıza təhdid sayırıqsa, həmçinin kabel TV-lər vasitəsi ilə əsasən rus dili vasitəsi ilə həm informasiya, həm dil, həm də dəyərlər məkanımıza edilən basqılara da fokuslanmalıyıq.

3. Türk dilinin mədəni-kütləvi mühitimizə daxil olması ilə Azərbaycan dilinin statusuna, qrammatikasına və nüfuzuna yetərincə ciddi problemlərin yaranması. Bu təsirlər bəzən Azərbaycan dilinin saflaşmasına səbəb olsa belə (ərəb-fars köklü sözlərdən təmizlənmək baxımından), ümumən və total şəkildə Azərbaycan dilinin müstəqil dil olmasını şübhə altına mövqenin formalaşmasına səbəb olub. Bu, həm də uzunmüddətli və siyasi proses olduğundan Səməd Vahidin müasir prototipləri öz elmi-intellektual dayazlıqlarını şər və şantajla ört-basdır etməyə çalışırlar.

4. Dövlət dilimizlə bağlı dövlət siyasətinin effektivliyi problemi. Bu yöndə zaman-zaman çox ciddi və yaxşı proqramlar, təşəbbüslər irəli sürülməsinə baxmayaraq, bu gün Azərbaycan mediasının, yəni ictimai fikir yaradıcılarının ən önəmli isimlərindən yarısı, bəlkə də yarıdan çoxu dövlət dili ilə bağlı konstitusiya normasını birbaşa və ya dolayı yolla heçə sayırlarsa, dövlət dilininin həm dövlət millətləşməsi prosesinin nəticəsi, həm də bir hüquqi hadisə olması faktına əhəmiyyət vermədən orta çağ mətnlərində, yaxud milli kimlik arayışı dövrünün streotiplərində ilişib qalıblarsa, tutduqları yanlış mövqenin "Milli təhlükəsizlik haqqında" qanunun milli maraqlar və milli təhlükəsizliklə bağlı maddələrinin bir neçə bəndinin eyni anda kobud pozulması mənasına gəldiyinin fərqində deyillərsə, deməli, bu istiqamətdə təcili addımlar atılmalıdır.

5. Orta çağ, mədəni və siyasi millətləşmə, xalqlaşma prosesinin ilk mərhələlərindən fərqli olaraq biz hazırda texno-toplumuq. Bu, özü ilə bərabər dilimizin texnoloji müstəqilliyini, buna paralel olaraq dilimizin texnoloji müstəqilliyinə təhdidləri də gündəmə gətirib. Bu gün bizim texnoloji dilimiz ingiliscə, rusca, türkcədir, amma böyük ölçüdə Azərbaycan dilində deyil. Evimizə daxil olarkən işığı yandırdığımız alətdən başlayaraq bu rəyi oxuduğunuz cihaza qədər texnoloji lüğətinizi gözdən keçirin, faciəvi bir mənzərə ortaya çıxacaq.

Odur ki, şəxsən mənim üçün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bu müzakirələrdə dolğun, akademik və bitirici, bir növ manifest səviyyəli bir bəyanatla son söz deməsi prinsipial əhəmiyyət daşıyır. Amma işə baxın ki, təkcə mənim yox, cəmiyyətin bu təmənnasını AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun FB səhifəsinə cəmi 729 "takipçisi" olan FB səhifəsinə heç cür pərçimləyə bilmədim ona görə ki, anladığım qədər, idarəçilər bu funksiyanı aktiv etməyiblər.

Lakin həmin səhifəyə nəzər saldıqda məlum olur ki, hələ başa çatmamış fevral ayında İnstitut məhsuldar işləyib, elmi konfranslar, təlimlər, sessiyalar, təqdimatlar keçirib. Keçirilən tədbirlərin gündəliyinə baxdıqda da, insafən, mövzular elmi baxımdan samballıdır. Məsələn, 21 Fevral-Beynəlxalq Ana dili günü münasibətilə Slavyan Universitetində keçirilən tədbirdə Dilçilik İnstitutunun əməkdaşı e.d. Şəbnəm Həsənli- Qəribova “Rəqəmsallaşan dünyada Azərbaycan dili: problemlər və perspektivlər” mövzusunda çıxış edib. Ancaq bu cür çıxışlar, araşdırmalar, bütövlükdə AMEA Dilçilik İnstitutunun konseptual mövqeyi cəmiyyətə çatmır ona görə yox ki, media və oxucular bu məsələlərə həssas deyil (göründüyü kimi, tam əksinədir). Səbəb Azərbaycan aliminin və AMEA-nın cəmiyyətə töhfə vermək və respublikamızın sosial-mədəni və innovativ inkişafına xidmət göstərmək missiyasının arxa plana keçirilməsidir. Məhz bunun nəticəsidir ki, Azərbaycan elminin, o cümlədən dilçilik elminin nailiyyətləri populyarlaşdırılmır, nəticədə meydan savadsızların, manipulyatorların, avantüristlərin ixtiyarında qalır, dövlət millətləşməsi və xalqlaşma prosesimizin kulminasiyası olan Azərbaycan Konstitusiyasında immunitet altında olan bir maddəyə qarşı açıq təbliğat gedir.

Bunu qətiyyən özümü öymək üçün demirəm, təvazökarlıqdan uzaqlaşdığım üçün də hər birinizdən dönə-dönə üzr istəyirəm, Azərbaycanın dövlət dilinə qarşı üç cəbhədən aparılan propoqandanın qarşısında tək vuruşuram. Bəli, mən bir vətəndaş və media nümayəndəsi kimi ictimai missiyamı başa düşürəm, rəhbərlik elədiyim AzNews.az analitik-informasiya portalı bir ictimai fikir müəssisəsidir, bunun da məsuliyyətini çəkirik. Amma düzü budur ki, bu məsələdə biz öz funksiyamızı- mesajların cəmiyyətə ötürücülməsi vəzifəsini yerinə yetirilməli, mesajları ilə bu müstəvidə ilk növbədə AMEA Dilçilik İnstitutunun alimləri, xüsusən də rəhbərliyində təmsil olunan professor Nadir Məmmədli, fəlsəfə doktoru Baba Məhərrəmli, dosent Aynel Məşədiyeva, bioqrafiyası İnstitutun rəsmi saytında yer almayan Elxan Əliyev, Azərbaycan dilinin tarixi şöbəsinin müdiri Xədicə Heydərova, müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nərgiz Hacıyeva, Türk dilləri şöbəsinin müdiri, professor İsmayıl Kazımov, Tətbiqi dilçiıik şöbəsinin müdiri, 1989-cu ildən şöbəyə rəhbərlik edən fıl.e.d. İsmayıl Məmmədov, İctimaiyyətlə əlaqlər şöbəsinin müdiri, dosent Təranə Şükürlü və digərləri verməlidir. Mənim üçün məsələ aydındır, məsələn, elə Baba Məhərrəmlinin dissеrtаsiyа mövzusunun adından (“Türk və Azərbaycan dillərində ümumi isimlərin semantik diferensiallaşması”) aydındır. Amma o da aydındır ki, Azərbaycan dilinə - Azərbaycanın dövlət dilinə qarşı təbliğatın müəyyən qədər, bəzən narahatedici səviyyədə ictimai dəstək qazanmasına kütləvi cəhalət və elmi məlumatsızlıq, xüsusən də Azərbaycan dilinin müstəqilliyinin arxasında dayanan akademik- qrammatik bazadan bixəbərlik ciddi rol oynayır.

Odur ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyinə səslənir və xüsusi bir bəyanatla Azərbaycan dilinin müstəqilliyinə olan təhdidlərə münasibət bildirmələrini xahiş edirəm. Azərbaycan Respublikasının konstitutsional mənafelərini qorumaq AMEA Nəsimi adına Dilçilik İnstitutunun əsas vəzifələrindən biridir!

Taleh Şahsuvarlı,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 23 Fevral 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see179

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see153

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see132

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri