Icma.az
close
up
RU
Minimum əməkhaqqı gəlir vergisindən azad oluna bilərmi?

Minimum əməkhaqqı gəlir vergisindən azad oluna bilərmi?

Icma.az, 525.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, yeni ildən özəl sektorda əməkhaqqı ilə bağlı güzəşt müddəti başa çatır. Növbəti ildən özəl sektorda çalışan vətəndaşların (2500 manata qədər maaş alan) əməkhaqqından üç faiz vergi hesablanacaq. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq. 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

Minimum əməkhaqqı alanların maaşlarının vergidən azad olunması mümkündürmü?

Millət vəkili Vüqar Bayramov deyir ki, həm dövlət, həm də özəl sektorda 200 manatadək olan gəlir vergi hesablanan zaman azaldılır. Əgər özəl sektorda çalışan vətəndaşımızın əməkhaqqısı 1000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır, qalan 800 manat üç faiz vergiyə cəlb olunur. Yəni 24 manat vergi hesablanır. Bu, müəyyən xərc yaratsa da, ciddi izafi xərc yaratmadığı üçün həmin xərclərin sahibkarlar tərəfindən maaş artımlarına gedilərək kompensasiya edilməsi də mümkündür. Mərhələli yumşaq keçid biznes bu mexanizmə hazır olmağa imkan yaradacaq: "Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunması sosial təminat baxımdan da məqsədəuyğundur. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə  bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirəm".

Vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat olsun

Millət vəkilinin sözlərinə görə, həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Belə ki, bu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu o deməkdir ki, bu halda 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər: "Uzun müddətdir ki, dövlət sektorunda gəlir vergisi intervelları dəyişmir və iqtisadiyyatın inkişafına uyğun olaraq 2500 manatlıq həddin 4 min manatadək qaytarılması məqsədəuyğun olardı. Bu da dövlət sektorunda əməkhaqqı artımına gətirib çıxarar".

Bu, həssas qrupların rifahını yüksəldən və iqtisadi aktivliyi artıran müsbət addım ola bilər

İqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə görə, minimum maaş alan şəxslər maaşlarının böyük hissəsini gündəlik istehlaka sərf etdiklərinə görə, verginin ləğvi onların aylıq xalis gəlirini artırar. Minimum əməkhaqqının vergidən azad olunması həssas qrupların rifahını yüksəldən və iqtisadi aktivliyi artıran müsbət addım ola bilər. Hazırkı məqamda minimum əməkhaqqı vergidən azad edilməlidir. Buna ehtiyac var. Xüsusən də sosial durumu aşağı olan insanların. Hazırda minimum əməkhaqqıya görə Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilir və bu vergi məbləği cəmi 6 manat təşkil edir. 2026-cı ilin yanvarın 1-dən etibarən özəl sektor və qeyri-neft sektorunda vergilərin 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz artırılması nəzərdə tutulur. Burada əsas məsələ minimum əməkhaqqının hansı məbləğdə müəyyən ediləcəyidir:

400 manat çıxılmalı, qalan məbləğ vergiyə cəlb edilməlidir

"Hazırda minimum əməkhaqqı 400 manatdır. Bu halda əməkhaqqından vergi hesablanarkən əvvəlcə həmin 400 manat çıxılmalı, yalnız qalan məbləğ vergiyə cəlb edilməlidir. Bir çox ölkələrdə də məhz bu yanaşma tətbiq olunur. Məsələn, vətəndaş 1000 manat maaş alırsa, əvvəlcə 400 manat çıxılır və yalnız yerdə qalan 600 manatın vergisi hesablanır. Bu yanaşma dəfələrlə təklif edilib. Fikrimcə, bu ən doğru yanaşmadır. Bu formada hesablanma aparılsa, bu, həm vətəndaşlar həm də dövlət üçün sərfəli olar. Ümid edirəm ki, təklif qəbul edilər, minimum əməkhaqqı vergidən azad olunar və yalnız minimum əməkhaqqını aşan hissədən vergi tutular".

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə əsasən, 2018-ci ilə qədər ölkədə minimum əməkhaqqı vergidən azad idi. Lakin sonrakı dövrdə minimum əməkhaqqı ilə gəlirin vergidən azad olunan hissəsi arasında asılılığı aradan qaldırmaq məqsədilə müvafiq göstərici 200 manat rəqəmi ilə sabitləşdirildi. Nəticədə minimum əməkhaqqının artım tempinin bu və ya digər şəkildə gəlir vergisindən azad olma ilə əlaqəsi kəsildi: "Hazırkı hesablamalara görə, minimum əməkhaqqının artımından yaranan xərc yükünün bir qismi bu və ya digər şəkildə gəlir vergisinin toplanması hesabına kompensasiya edilir. Hesab edirəm ki, manatın dəyər itirməsini nəzərə alaraq buna yenidən baxılmalı və dəyişiklik edilməlidir. Bununla yanaşı, özəl sektorda minimum əməkhaqqıdan vergi tutulması nəticəsində nominal dəyərinin daha da aşağı düşməsi və bunun əhalinin alıcılıq gücünə mənfi təsir edəcəyini nəzərə olsaq, əməkhaqqının minimum səviyyəsinin vergidən azad edilməsini ən doğru addım hesab edirəm".

Bu model həm sosial, həm ədalətli hesab olunur

İqtisadçı ekspert Razi Abasbəyli qeyd edib ki, minimum əməkhaqqı alanlardan DSM, İcbari Tibbi Sığorta və s. çıxılmalar olur. Bu da təbii ki, minimum əmək haqqı alanların gəlirlərinin aşağı düşməsinə səbəb olur: "Ölkədə minimum əməkhaqqı alanların DSMF ödəmələrindən azad edilməsi mümkün deyil. Çünki işləyənlərin 65-70 faizi minimum əməkhaqqı alanlardır. Həmin sosial müdafiə üzrə tutulmalar ləğv edilsə, bu zaman Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ciddi şəkildə azala bilər. Bu da əlbəttə ki, gələcəkdə peksiya kapitalının formalaşmasına mənfi təsir göstərə bilər. Lakin qeyd etmək lazımdır ki, minimum əməkhaqqı vergi bazasında yüksək paya malik deyil və itki uzunmüddətli perspektivdə iqtisadi aktivliyin artması ilə qismən kompensasiya oluna bilər. Fikrimcə, minimum əmək haqqının vergidən azad edilməsi yalnız dövlətin müvafiq dotasiya proqramları çərçivəsində həyata keçirilə bilər. Məsələn, bir sıra Avropa ölkələrində dövlət minimum əmək haqqı alanların gəlirlərindən tutulmalarının yarısını ödəməklə onların yükünü azaldır. Belə deyək, vətəndaş tərəfində DSMF-yə ödənilən məbləğin yarısını dövlət özü qarşılayır. Bəzi ölkələrdə vətəndaşın maaşından asılı olmayaraq, hər kəsin maaşının yalnız minimum əməkhaqqına qədər olan hissəsi vergidən azad edilir. Bu model həm sosial, həm ədalətli hesab olunur. Əgər bizdə də bununla bağlı kömək, dəstək proqramı tətbiq edərsə, mümkündür. Amma yaxın zamanlar üçün bu təklifin irəli sürülməsi real görünmür. Hesab edirəm ki, yaxın illər üçün minimum əməkhaqqı alanların vergidən azad edilməsi mümkün deyil".

Bu, əmək bazarında şəffaflığı artırar

İqtisadçının sözlərinə görə, aşağı gəlir qrupları üçün vergi kreditləri, aşağı maaş alan şəxslərə illik vergi qaytarılması tətbiq edilə bilər. Lakin bu siyasət düzgün icra və nəzarət mexanizmləri ilə müşayiət edilməlidir ki, həm büdcə sabitliyi qorunsun, həm də işəgötürənlər tərəfindən sui-istifadə riski minimuma ensin: "Minimum maaş alan işçilərə vergi güzəşti tətbiq edilməsi işəgötürənləri əmək müqaviləsini rəsmiləşdirməyə, işçilərin real gəlirlərini gizlətməməyə və kölgə iqtisadiyyatının azalmasına səbəb olar. Bu da əmək bazarında şəffaflığı artırar. Aşağı gəlirli vətəndaşların vergi yükündən azad edilməsi yüksək və aşağı gəlirlər arasındakı uçurumu bir qədər azalda bilər".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see172

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see167

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see145

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see141

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see127

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri