Icma.az
close
up
RU
Minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq

Minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 “Yaşayış minimumu haqqında” qanunun qəbul edilməsi sosial yardımın məbləğinin artmasına səbəb olacaq

Milli Məclis “Yaşayış minimumu haqqında” Qanunu qəbul edib. Yeni dəyişikliklərə əsasən, minimum istehlak səbətinin tərkibinə yenidən baxılmaqla tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə yeni qida normaları müəyyənləşəcək. Qeyd edək ki, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu ki, bu da həmin sahələrdə sosial imkanlardan tam faydalanmağa imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan tamamilə qaldıracaq.

Qanuna dəyişikliklər, eyni zamanda, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibinin də cari ildə yenidən müəyyənləşməsi üçün hüquqi zəmin yaradır. Ötən illərdə ölkədə qida mallarının qiymətinin artması, bəzi malların çeşidlərində əlavələrin olunması isə istehlak səbətinin dəyişməsi zəruriliyini daha da artırıb. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb. Beləliklə, qanuna dəyişikliklərdən sonra qeyd edilən sahələrdə boşluq aradan qaldırılmaqla, həmin sektorlarda qida normativləri ilə bağlı əhatəlilik təmin olunacaq.

Yaşayış minimumu istehlak səbətinin dəyərini müəyyənləşdirəcək

Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. Qeyd edək ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Buraya ərzaq məhsullarının, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.) və xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.) daxildir. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır.

Yaşayış minimumundan aztəminatlı ailələrin rifahının yüksəldilməsi ilə bağlı konsepsiya və Dövlət Proqramlarının hazırlanmasında, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması ilə əlaqədar hüquqi sənədlərin tərtib olunmasında, eləcə də dövlət və yerli büdcələrin, büdcədənkənar fondların, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında və normativ sənədlərin hazırlanmasında sosial məqsədlər üçün istifadə olunur. Belə ki, yaşayış minimumu aztəminatlı ailələrə müxtəlif sosial yardımların formalaşdırılması və hesablanmasında, eləcə də onlarla bağlı dövlət proqramlarının işlənib hazırlanmasında, qanunvericilikdə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında, ölkə üzrə həyat səviyyəsinin müəyyən edilməsində, əhali gəlirlərinin və əmanətlərinin  indeksləşdirilməsində də əsas gösətiricidir.

Onu da qeyd edək ki, 2023-cü ildən etibarən ölkəmizdə yaşayış minimumu və ehtiyac meyarının məbləği eyni həcmdə olmaqla bərabərləşdirilib. Bu baxımdan yaşayış minimumunun artırılması ehtiyac meyarının da artmasını təşviq etməklə, ünvanlı sosial yardımların məbləğinin də yüksəlməsinə səbəb olacaq. Belə ki,  “Yaşayış minimumu haqqında” qanunun 1.0.9 maddəsinə əsasən, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədddir. , ünvanlı yardım əsas etibarilə aztəminatlı ailələr üçün nəzərdə tutulub. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələr üçün nəzərdə tutulmuş sosial yardımın dəyərinə də müsbət təsir edəcək.

Aztəminatlı ailələrin sosial müdafiəsi ilə bağlı hədəflər

Hökumət qarşısında duran əsas sosial məqsədlərdən biri növbəti mərhələdə yaşayış minimumumunun mərhələli şəkildə artırılması və Avropa Şurasının tətbiq etdiyi standartlar səviyyəsinə çatdırılmasıdır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində əhalinin həssas sosial qrupları, aztəminatlı ailələrlə bağlı müxtəlif dövlət proqramları çərçivəsində tədbirlərin görülməsi, eləcə də əhalinin gəlir əldəetmə imkanlarının artırılması ilə bağlı hədəflər müəyyənləşib.

Hazırda ölkəmizdə yaşayış minimumunun məbləği 285 manat təşkil edir. Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. Bu, həm də istehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi fonunda hazırda dəyəri 285 manat olan yaşayış minimumunun da artırılması üçün imkanlar yaradacaq. Nəticədə sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarıın sosial müdafiəsinin gücləndirilməsi də təmin ediləcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri