Icma.az
close
up
RU
Azərbaycanda gələn il minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq

Azərbaycanda gələn il minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq

Hüseyn Hüseynov: “2025-ci ildə biz İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq”

“Minimum istehlak səbətinin tərkibinə baxılması üçün müvafiq işçi qrup fəaliyyət göstərir, bu, İqtisadiyyat Nazirliyinin daim diqqət mərkəzində saxladığı məsələdir”.

AYNA APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

O bildirib ki, İşçi Qrupun son görüşü 2021-ci ildə olub: “2025-ci ildə biz İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq. 2025-ci ildə istehlak səbətinin tərkibinə yenidən baxılacaq”.

seeBaxış sayı:47
embedMənbə:https://ayna.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri