Icma.az
close
up
RU
Minlərlə ailənin probleminin həlli: Dini, yoxsa tibbi yanaşma?

Minlərlə ailənin probleminin həlli: Dini, yoxsa tibbi yanaşma?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bir neçə il əvvəl Milli Məclisdə müzakirə olunan reproduktiv sağlamlıqla bağlı qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Daşıyıcı analıq, süni mayalanma və digər məsələləri əhatə edən layihəyə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də etiraz etmişdi. Hazırda isə reproduktiv sağlamlıq məsələlərini tənzimləyən qanunvericilik təşəbbüsünün yenidən gündəmə gəlib. Bu isə QMİ-nin əvvəlki mövqeyinin aktuallığını yenidən ortaya çıxarır.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, əvvəlki qanun layihəsi ilə bağlı ifadə olunan mövqe qüvvədə qalır və bu məsələlərə münasibətdə dəyişiklik yoxdur: “O vaxt nə bildirilibsə, onların hamısı gündəmdədir. Şəriət baxımından hansısa məsələlər olubsa, biz onları bildirmişik. Onlar dəyişməyən, imanent dəyərlərdir. Münasibət də o baxımdan dəyişmir”.

QMİ qeyd edib ki, hazırda yeni qanun layihəsi idarəyə daxil olmayıb. Buna görə də sənəddə əvvəlki iradların nəzərə alınıb-alınmadığı barədə fikir bildirmək mümkün deyil. İdarədən süni mayalanma və daşıyıcı ana məsələləri ilə bağlı mövqenin dəyişmədiyi da vurğulanıb: “Onunla bağlı biz artıq münasibətimizi formalaşdırmışıq. O münasibət dəyişməyəcək. Çünki o, şəriət baxımından əsaslandırılmış fikirlərdir”. 

Tibbi baxımdan bu üsullar sonsuzluq problemi yaşayan ailələr üçün nə dərəcədə zəruridir? 

“Cebheinfo.az”-a açıqlama verən həkim-ginekoloq Ləman Əliyeva bildirib ki, tibbi baxımdan süni mayalanma ilə bağlı iki məsələni bir-birindən ayırmaq lazımdır: “Birincisi, IVF/ICSI kimi süni mayalanma üsullarının özüdür. İkincisi isə donor sperması, donor yumurtası və ya daşıyıcı ana tələb olunan hallardır. Bu vəziyyətlərin hamısında tibbi zərurət eyni səviyyədə deyil. IVF və ICSI yalnız hamilə qalmağı asanlaşdıran üsullar deyil.

Bəzi sonsuzluq hallarında cütlüyün öz sperm və yumurtasından istifadə etməklə hamiləlik əldə etmək üçün əsas, hətta yeganə real müalicə variantı ola bilər. Məsələn, hər iki fallop borusunun bağlı olması, kişidə çox aşağı sperm sayının olması və ya spermatozoidlərin olmaması, ağır endometrioz, yumurtlamanın digər müalicələrə cavab verməməsi və digər reproduktiv müalicələrin dəfələrlə uğursuz olması belə hallara daxildir.

Bəzi genetik xəstəliklər zamanı IVF embrionun genetik müayinəsi ilə birlikdə də tətbiq edilə bilər. Müəyyən hallarda qadının yaşı və yumurtalıq ehtiyatı ilə bağlı problemlər də IVF/ICSI ehtiyacına səbəb ola bilər. ASRM-in yanaşmasına görə, donor gametlərinə ehtiyac yaranması da tibbi müdaxilə tələb edən reproduktiv problem kimi qiymətləndirilə bilər”. 

Onun sözlərinə görə, donor spermasına ən çox kişidə istifadə edilə bilən spermatozoidin olmadığı və ya kişi faktorunun çox ağır olduğu hallarda ehtiyac yarana bilər:

“Məsələn, azoospermiya, yəni ejakulyatda spermatozoidlərin olmaması, çox ağır oligozoospermiya və digər ciddi sperm pozğunluqları, ciddi ejakulyasiya problemləri buna aid ola bilər. Həmçinin IVF və ICSI zamanı kişinin öz spermatozoidi ilə mayalanmanın mümkün olmadığı hallarda donor sperması nəzərdən keçirilə bilər. Kişidə ciddi irsi və ya genetik xəstəliyin olması və həmin xəstəliyin uşağa ötürülməsi riskinin yüksək olduğu, təhlükəsiz alternativin olmadığı bəzi hallarda da donor sperması tibbi seçim kimi gündəmə gəlir. Amma burada vacib bir məqam var ki, sperm göstəricisinin aşağı olması avtomatik olaraq donor spermasına ehtiyac olduğu demək deyil. Əvvəlcə problemin səbəbi müəyyənləşdirilir.

Daha sonra müalicə, cərrahi yolla sperm əldə edilməsi və IVF/ICSI vasitəsilə kişinin öz spermindən istifadə imkanları qiymətləndirilir. Donor yumurtasına əsasən qadının öz yumurtalarının istifadə edilə bilmədiyi və ya öz yumurtası ilə canlı doğuş ehtimalının çox aşağı olduğu hallarda ehtiyac yarana bilər. Bura yumurtalıq çatışmazlığı, erkən yumurtalıq çatışmazlığı, yumurtalıq ehtiyatının ciddi şəkildə azalması, reproduktiv yaşın irəliləməsi ilə əlaqədar yumurta keyfiyyətinin ciddi azalması və dəfələrlə aparılan IVF cəhdlərində yumurta və ya embrion keyfiyyətinin kifayət etməməsi daxildir.

Qadının ciddi irsi və ya genetik xəstəliyin daşıyıcısı olduğu və bu xəstəliyin uşağa ötürülməsinin qarşısını öz yumurtasından istifadə etməklə almağın mümkün və ya məqbul olmadığı hallarda da donor yumurtası nəzərdən keçirilə bilər. ASRM donor yumurtasının istifadəsi üçün yumurtalıq funksiyasının itməsi, irəliləmiş reproduktiv yaş, azalmış yumurtalıq ehtiyatı, ciddi genetik xəstəlik və təkrarlanan reproduktiv müalicə uğursuzluqları kimi halları göstərir”. 

L.Əliyeva vurğulayıb ki, daşıyıcı analıq donor yumurtasından istifadə ilə eyni məsələ deyil:

“Burada qadının öz yumurtası ola bilər, amma o, hamiləliyi özü daşıya bilməz. Məsələn, uşaqlığın olmaması, uşaqlığın ciddi anatomik problemi, hamiləliyin qadının həyatı üçün ciddi təhlükə yaratdığı müəyyən xəstəliklər və bəzi hallarda uşaqlığın hamiləliyi daşımaq funksiyasını yerinə yetirə bilməməsi buna səbəb ola bilər. Belə vəziyyətdə embrion bioloji valideynlərin öz sperm və yumurtasından yaradıla bilər. Sadəcə hamiləliyi başqa qadın daşıyır. ASRM də gestasion daşıyıcıdan qadının tibbi və ya anatomik səbəblərlə hamiləliyi daşıya bilmədiyi hallarda istifadəni reproduktiv seçim kimi təsvir edir”. Ginekoloq qeyd edib ki, tibbi zərurətlə dini yanaşmanı bir-birindən ayırmaq lazımdır:

“Qafqaz Müsəlmanları İdarəsinin yanaşması dini-hüquqi məsələdir. Həkimlik baxımından isə əsas sual başqadır ki, həmin şəxs və ya cütlük bu reproduktiv üsul olmadan öz bioloji övladına sahib ola bilərmi və başqa tibbi alternativ varmı?Məsələn, kişidə azoospermiya varsa, donor sperması tibbi baxımdan reproduktiv problemin həlli variantlarından biri ola bilər. Lakin donor spermasından istifadənin dini baxımdan icazəli olub-olmaması artıq ayrıca fiqh məsələsidir. Eyni vəziyyət donor yumurtasına da aiddir. Yumurtalıq çatışmazlığı olan qadın üçün donor yumurtası tibbi baxımdan real reproduktiv imkan yarada bilər. Ancaq bunun dini baxımdan qəbul edilib-edilməməsi tibbi zərurətin mövcudluğundan avtomatik olaraq nəticə vermir”.

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: sonsuzluq Ləman Əliyeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Sentyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri