Icma.az
close
up
RU
Minlərlə əfqanın həyatını riskə atan qalmaqal: Tarixin ən bahalı elektron poçtu

Minlərlə əfqanın həyatını riskə atan qalmaqal: Tarixin ən bahalı elektron poçtu

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Böyük Britaniya ordusunda xidmət edən bir hərbçinin təsadüfən göndərdiyi e-poçt minlərlə əfqanıstanlının şəxsi məlumatlarının sızmasına və həyati təhlükə ilə üzləşməsinə səbəb olub. Uzun illər məxfi saxlanan bu insidentin nəticələri yalnız informasiya məhdudiyyətinin qaldırılmasından sonra ictimaiyyətə açıqlanıb.

Qayanrinfo xəbər verir ki, 2021-ci ildə Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra Britaniya hökuməti bu ölkədə Britaniya ordusu ilə əməkdaşlıq etmiş əfqanlara sığınacaq verməyə çalışırdı. Lakin həmin dövrdə xüsusi təyinatlılar qərargahında çalışan bir hərbçi təsadüfən 25 min əfqan və onların ailə üzvlərinə aid şəxsi məlumatları özündə əks etdirən bir cədvəli etibarlı hesab etdiyi bir qrupa göndərmişdi. Əslində isə paylaşımda yalnız bir neçə ad olmalı idi.

Bu ciddi səhv Kral Dəniz Piyadaları tərəfindən iki dəfə təkrar edilib. Məlumatların yanlış göndərildiyi 18 ay ərzində Müdafiə Nazirliyi bu sızıntıdan xəbərsiz olub. Yalnız 2023-cü ilin avqustunda "Facebook”da anonim bir paylaşım və bir vətəndaşın parlament üzvlərinə yazdığı xəbərdarlıq məktubu sayəsində sızma faktı üzə çıxıb. Dəstək işçilərindən biri məktubda yazırdı: "Bu siyahının bir surəti məndə var, Talibanda da var. Bəs ARAP (Əfqanların Yenidən Yerləşdirilməsi və Yardım Proqramı) komandasının ixtiyarında niyə yoxdur?"


Dörd gün sonra başqa bir anonim istifadəçi eyni platformada cədvəldən parçalar paylaşaraq 25 min müraciətçinin yer aldığı 33 min sətrlik məlumat bazasını açıqlamaq istədiyini bildirib. Paylaşan şəxsin sığınacaq müraciəti rədd edildiyi üçün bu addımı atdığı ehtimal olunur.

Britaniya hökuməti dərhal fövqəladə tədbirlər görməyə başlayıb. Pakistanın İslamabad şəhərində yerləşən köçürmə qrupundan 1800 əfqan ailəsinə məlumatlarının sızmış ola biləcəyi barədə xəbərdarlıq e-poçtları göndərilib. Bir çox əfqan isə pasport məlumatlarının İran nömrələrindən gələn "WhatsApp" mesajları ilə istənildiyini bildirərək Britaniya konsulluğuna müraciət ediblər.

Hökumət "Meta” ilə əlaqə saxlayaraq paylaşımların üç gün ərzində silinməsinə nail olub, lakin məlumatlar artıq Talibanın əlinə keçmişdi və bu, minlərlə insanın həyatı üçün təhlükə yaradırdı.

2023-cü ilin avqustunda Britaniya Müdafiə Nazirliyi hadisənin ictimaiyyətə açıqlanmasının qarşısını almaq üçün mətbuata qadağa qoyub və Ali Məhkəmədən məlumat yayımını qadağan edən qərar alıb. Bu, Britaniya tarixində mətbuata qarşı tətbiq edilən ən sərt senzura olub. Parlament belə məlumatlandırılmayıb, yalnız Lordlar Palatası və İcmalar Palatasının rəhbərlərinə qapalı brifinq verilib.

Sızma ilə bağlı yalnız bir neçə sual gündəmə gəlib və bu əsasda Müdafiə Nazirliyi 200-dən çox şəxsin məlumatlarını sızdırdığı üçün 350 min funt cərimə olunub. Əlavə sualların cavablandırılması isə məhkəmə qərarı ilə qadağan edilib.


Xüsusi "Rubific əməliyyatı” çərçivəsində ən böyük risk altında olan əfqan ailələri təcili reyslərlə Britaniya köçürülüb. Əvvəlcə bu əməliyyatın dəyəri 4 milyard funt olaraq qiymətləndirilsə də, daha sonra 7 milyard funta qədər artdığı bildirilir.

2024-cü ilin iyul seçkilərində hakimiyyətə gələn yeni İşçi Partiyası hökuməti də məsələni eyni şəkildə gizli saxlayıb. Bu hadisəni əvvəlki hökumət dövründə tənqid edən, o zamankı "kölgə müdafiə naziri” Con Hili artıq yeni hökumətdə müdafiə naziri olaraq heç bir açıqlama verməyib.

2025-ci ilin yanvarında təqaüddə olan bir kəşfiyyatçının rəhbərliyi ilə risk qiymətləndirməsi aparılıb. İndiyədək sızmadan təsirlənən 16.156 nəfər təhlükəsiz şəkildə Britaniyaya yerləşdirilib. İctimaiyyət isə bu biabırçılığı yalnız son aylarda mətbuat vasitəsilə öyrənə bilib.

Bu hadisə Britaniya hökumətinin məlumat təhlükəsizliyi və şəffaflıq sahəsindəki ciddi çatışmazlıqlarını ortaya çıxararaq, eyni zamanda minlərlə günahsız insanın həyatını riskə atan bir insanlıq faciəsi kimi tarixə düşüb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 İyul 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri