Icma.az
close
up
RU
Minlərlə insan orqan donorluğuna möhtacdır

Minlərlə insan orqan donorluğuna möhtacdır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Təbliğat və maarifləndirmə vacibdir


İctimai və dövlət maraqlarının müdafiəsi

Ölkəmizdə səhiyyə sahəsində aparılan genişmiqyaslı islahatlar vətəndaşların sağlamlığı, sağlam uzun ömürlülük, gələcək nəslin sağlam böyüməsini şərtləndirir. Son illərdə müalicəsi icbari tibbi sığorta paketinə daxil edilən xəstəliklərin sayının artması da buna sübutdur. Məsələn, onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə dövlət büdcəsindən bu sahəyə 65,6 milyon manat vəsait yönəldiləcək. 

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Bildirilib ki, Milli Onkologiya Mərkəzi üçün 64,1 milyon manat və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,5 milyon manat olmaqla, cəmi 65,6 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da 2025-ci illə müqayisədə 5,2 milyon manat və ya 8,6 faiz çoxdur. Növbəti il üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə isə ümumilikdə 274,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmin vəsaitdən ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması, habelə xüsusiləşdirilmiş tibbi xidmətin göstərilməsinə 50,4 milyon manat, bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsinə 9,4 milyon manat, qanköçürmə üzrə tibbi xidmətlərin göstərilməsinə 3,0 milyon manat, səhiyyə sahəsində tədqiqat fəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılması üçün 2,7 milyon manat, digər xərclər üçün (məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və s.) 157,7 milyon manat və sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitar-epidemioloji tədbirlər üçün 51,3 milyon manat vəsait yönəldiləcəkdir. Qeyd etməliyik ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməsinin zəruriliyi indiyədək çox səsləndirilib, parlamentdə müzakirələr zamanı bu məsələ gündəmə gətirilib. Növbəti ildə onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət büdcəsindən 65,6 milyon manat vəsaitin yönəldiləcəyi xəbəri xəstəlikdən əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdıracaq. Səhiyyə sistemində həyata keçirilən bir sıra digər yeniliklər də vətəndaş məmnunluğuna hesablanıb. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex"in rəsmi açılış mərasimində bildirmişdi ki, elektron növbə sistemi xidməti ilə bağlı artıq paytaxt və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor, regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb. Məlumdur ki, xəstəxanalara müraciətlərin sayının artması ilə əlaqədar növbələr yaranır. Problemin aradan qaldırılması üçün müntəzəm işlər aparılır. Bu məqsədlə tibb müəssisələrinə növbə terminalları quraşdırılıb. İlin sonuna qədər bu sistemin ölkə üzrə əksər tibb müəssisələrində istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, son 5 il ərzində 95 tibb müəssisəsində Laboratoriya İdarəetmə Sistemi tətbiq edilmiş, bu müddət ərzində cəmi 110 milyon laborator xidmət, o cümlədən 90 milyon ambulator və 20 milyon stasionar xidmət qeydə alınıb. Vətəndaşlar artıq şəxsi kabinet və “e-TABIB” mobil tətbiqi vasitəsilə laborator nəticələrini onlayn əldə edə bilirlər. V.Qurbanov qeyd edib ki, ölkədə yeni tibb müəssisələri istifadəyə verilib. Tibbi xidmətlərin əlçatanlığının artırılması ilə bağlı müvafiq tapşırıqlar icra olunur. Artıq tibbi xidmətlərin çeşidi də genişlənib. Əvvəllər dövlət tibb müəssisələrində ay ərzində icbari tibbi sığorta çərçivəsində 200-300 müraciət qeydə alınırdısa, indi bu rəqəm 2-3 min civarındadır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Salahova isə qeyd edib ki, “e-Təbib” mobil tətbiqi vasitəsilə pasiyentlər həkimi və xidməti bu tətbiq vasitəsilə qiymətləndirə biləcək. Bu tətbiq Agentliyin rəqəmsal səhiyyə sahəsində həyata keçirdiyi ən mühüm layihələrdən biridir və hər il yeni funksiyalarla təkmilləşdirilir. Bu il təqdim edilən daha bir yenilik ondan ibarətdir ki, vətəndaşlar artıq icbari tibbi sığorta çərçivəsində tibbi xidmət aldıqdan sonra həmin xidmətin keyfiyyətini qiymətləndirə biləcəklər. Yəni vətəndaş mobil tətbiq vasitəsilə aldığı xidmətin səviyyəsini, həkimin fəaliyyətini və tibbi müəssisənin işini dəyərləndirə biləcək. P.Salahova qeyd edib ki, bu imkan Agentliyə vətəndaşların fikirlərini daha yaxından öyrənməyə və onların məmnunluğuna əsaslanaraq tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün konkret addımlar atmağa şərait yaradacaq.


Hazırda ölkə səhiyyəsində irəliləyiş əldə edilən sahələrdən biri də orqan köçürmə əməliyyatları ilə bağlıdır. Xatırladaq ki, bir neçə gün əvvəl ölkəmizdə meyitdən ürək transpalntasiyası əməliyyatı uğurla icra olundu. Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlamasında qeyd edib ki, hazırda Mərkəzə ən çox müraciətlər böyrək köçürülməsi və sümük iliyi transplantasiyası ilə bağlı daxil olur. Xroniki böyrək çatışmazlığı ilə yaşayan insanlar üçün donor tapılması həyati əhəmiyyət daşıyır. Sümük iliyi transplantasiyası isə daha çox leykemiya, limfoma və aplastik anemiya kimi ağır hematoloji xəstəliklər zamanı həyata keçirilir. Bir çox hallarda xəstənin yeganə sağalma şansı məhz uğurlu transplantasiyadır. Onun sözlərinə görə, hazırda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur: “Uyğun donorun tapılması bəzən bir neçə ay, bəzi hallarda isə illər çəkə bilər. Buna görə də cəmiyyətin könüllü donor qeydiyyatına aktiv yanaşması çox vacibdir”. Y.Abbasova qeyd edib ki, son illərdə Azərbaycanda orqan donorluğu mövzusuna maraq nəzərəçarpacaq dərəcədə artıb, vətəndaşlar həm qanunvericilik, həm də donor olma prosedurları barədə daha çox məlumat əldə etməyə başlayıblar: "Aparılan maarifləndirici tədbirlər, media layihələri və aidiyyəti qurumların mütəxəssislərinin çıxışları donorluq mövzusu ilə bağlı məlumatlılığın yüksəlməsinə mühüm təsir göstərib. Bu cür məlumatlandırma işi cəmiyyətin məsələyə daha şüurlu və obyektiv yanaşmasına şərait yaradıb. Eyni zamanda, cəmiyyətdə humanizm, paylaşma və sosial dəstək dəyərlərinin güclənməsi də diqqətəlayiqdir. İnsanlar daha çox anlayırlar ki, orqan bağışlamaq bir insanın həyatını xilas etmək və ona ikinci bir şans vermək deməkdir. Bu düşüncə tədricən daha geniş yayılır və qəbul olunur. Nəticə etibarilə, donor olmaq istəyənlərin sayı ildən-ilə artır. Gözlənilir ki, bu müsbət tendensiya gələcək illərdə də davam edəcək və cəmiyyətdə orqan donorluğuna münasibət daha da müsbət şəkildə formalaşacaq". Azərbaycan Respublikasının “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanununa əsasən, 18 yaşı tamam olmuş və tam fəaliyyət qabiliyyətinə malik hər bir vətəndaş ölümündən sonra öz orqanlarını bağışlamaq barədə könüllü qərar verə bilər. Bu qərar donor reyestrində qeydiyyata alınarsa və ya yazılı şəkildə rəsmiləşdirilərsə, hüquqi qüvvəyə malik sayılır. Y. Abbasovanın sözlərinə görə, vətəndaş vəfat etdikdə, orqan bağışlanması ilə bağlı onun sağlığında verdiyi qərar ailəsinə yalnız məlumat xarakterində bildirilir və ailədən əlavə razılıq tələb olunmur: “Qanun burada şəxsin öz bədəni üzərində verdiyi iradəni əsas götürür və bu iradə üstün hüquqi statusa malikdir. Yəni vətəndaş sağlığında orqanlarını bağışlamaq barədə qərar veribsə, ailənin etirazı həmin qərarı ləğv etmir”.

Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında səhiyyə sahəsində tətbiq edilən innovasiyaların pasiyentlərin rahatlığı üçün böyük önəm daşıdığını dedi: 


- Elektron resept, elektron  növbə, elektron qəbul, analizlərin cavabını vətəndaşın qısa müddətdə onlayn əldə etməsi, bunlar hamısı müsbət yeniliklərdir. Pasiyentlər də, həkimlər də əlavə vaxt itkisindən azad olur, həkimlər daha səmərəli işləyə bilir. Sevindirici xəbərdən biri də ölkəmizdə orqan köçürməsi əməliyyatları ilə bağlı müsbət tendensiyaların qeydə alınmasıdır. Orqan donorluğunu inkişaf etdirmək çox vacibdir.  Minlərlə insan orqan donorluğuna möhtacdır. Ən çox da böyrək, ürək çatışmazlığı xəstəliyinə tutulanlar. Məlumdur ki, orqanların götürülməsi yalnız beyin ölümü rəsmi şəkildə təsdiqləndikdən sonra və müvafiq tibbi komissiyanın qərarı ilə həyata keçirilir. Amma bunun üçün vəfat etmiş şəxsin doğmalarının, ailə üzvlərinin razılığı da əsasdır. Bu məsələdə geniş təbliğat işlərinin aparılmasına, insanların buna təşviq edilməsinə böyük ehtiyac var. Ailə üzvləri ilə vaxt itirmədən psixoloji iş aparılmalı, onlara mənəvi dəstək göstərilməlidir. Orqan transplantasiyasında biz etik məsələlərə mütləq əməl etməliyik. Əgər lazımi qaydada maarifləndirmə, təbliğat işləri aparılarsa, inanıram ki, humanizm dəyərlərini yüksək tutan xalqımız sayəsində bu sahədə irəliləyişə nail olacağıq. 


Məlahət Rzayeva     

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see274

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see240

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see235

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see230

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see229

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see228

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see225

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see224

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see214

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see208

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see208

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see204

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see204

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see202

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see200

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see190

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see181

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see173

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see171

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri