Minlərlə insanın avtobusa mindiyi yerdə dayanacaq pavilyonu yoxdur Foto
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Metronun “20 Yanvar” stansiyasından Sumqayıt, Xırdalan, Masazır tərəfə hər gün onlarla avtobus minlərlə sərnişin daşıyır. Amma həmin ərazidə yağışlı havada vətəndaşların yağışdan qorunması üçün dayanacaqlar yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ictimai fəal Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib.
E.İslamoğlu hər gün onminlərlə sərnişinin istifadə etdiyi dayanacaqda insanların günəşdən, yağışdan qorunması üçün pavilyonun yoxluğunun ciddi problem olduğunu deyib. O, məsələnin həlli üçün müvafiq qurumların tədbir görməli olduğunu vurğulayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır:
“Sözügedən ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilib. Qeyd edilən ərazidə avtobus dayanacaq məntəqəsi mövcud olsa da, infrastruktur şəraitinin əlverişsiz olması səbəbindən dayanacaq pavilyonunun quraşdırılması mümkün olmayıb. Pavilyonunun quraşdırılması aidiyyəti qurumlar tərəfindən infrastruktur şəraiti yaradıldığı təqdirdə mümkün olacaq”.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 05 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















