Icma.az
close
up
RU
Yüz minlərlə insanın beynini zəhərləyən lotu...

Yüz minlərlə insanın beynini zəhərləyən lotu...

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Aygün Muradxanlı

2 əsrdə yaşayıb yüzminlərlə insanın beynini zəhərləyən daha bir lotu öldü. Bir dib də o yana getsin…

2000-lərin başlanğıcı idi, Samanyolu TV Azərbaycana yeni-yeni ayaq açırdı. Qadınlar arasında Oqtay ustanın yemək, kişilər arasında isə Fətullahın beyinyuma proqramları populyarlaşırdı. İndi özünü topluma politoloq kimi sırıyanlardan birinin ofisindəydik - nəsə toplantı vardı. 5-6 nəfər masa ətrafında söhbət edirdik, “politoloq bəy” isə əlində pult, bir gözü divardakı televizorda, bir gözü bizdə, divanda oturub çay içirdi. Birdən səsinə dik atıldıq - başladı, sakit olun, sakit olun, 2 gündü anonsu gedir, siz də baxın, dəhşət bir şey olacaq, dedi və televizorun səsini az qala maksimuma yüksəltdi.

Baxdıq ki, Ərzurumda bir köhnə qəbristanlıqdan canlı yayım gedir, müxbir eyni cümləni 8 formada təkrarlaya-təkrarlaya Gülənin bu dəqiqələrdə məkana gələcəyini elan edir. Əlqərəz, qara-qara lüks avtomobillər gəldi, qara-qara kostyumlarda qulağı qulaqcıqlı adamlar ora-bura qaçmağa başladılar, Gülənə yaxın gəlmək istəyın əlimikrafonlu müxbirlərə məsafə qoydular - VƏ TAMAŞA başladı.

Guya heç nədən xəbəri olmayan Samanyolu müxbirinin “hoca əfəndi, məzarlığa gəliş səbəbinizi anlada bilərsizmi” sualına Fətoş uzun bir cavab verdi. Nəhayət, anladıq ki, atasının qəbrinə neçə illərdir getmir, yerini unudub, indi onu tapmağa gəlib.

Allahım, bu bəsit məsələnin ətrafında necə bir ŞOU quruldu???…

Neçə illər getməsə belə, ağlı başında hər insan ƏN AZI valideyninin qəbrinin məzarlığın sol, ya sağ əlində, “Fatma xala”nın qəbrinin üst tərəfində, “Qasımlıların qəbirləri”ni keçəndən sonra olduğunu bilir. Həm də qürbətdə ölməyibsə, demək olar bütün ölülər ailə məzarlığında basdırılmır? Məzarlıq işçisinə de, düşsün qabağa aparsın da. Bu nə həngamədi?

Dəstgah, nə dəstgah…

Başda Gülən əllərini açıb dodağının altında nələrsə deməyə başladı, arxasındakılar da onunla bərabər. Azı bir 10 dəqiqə gözünü yumub əlləri açıq dayandı. Həmin ara müxbir “hoca əfəndi”nin məzarı tapmaq üçün hansı tərəfə getməli olduğunu bilməkdən ötrü böyük ehtimal, vəhy gözlədiyini 26 formada üyütdü. Sonra Gülən gözlərini açdı. Məzarların arasıyla yeriməyə başladı. 1-2 məzar keçir, gözünü yumur, əllərini açır, guya dua edir, sonra yenə gedirdi… Ortada halı bir az çönmüş kimi göstərdi özünü… Guya başı getdi, əli əsdi, rəngi soldu…

Görüntülər hərəkətləndi, adamlar ora-bura qaçdılar, tez stul gətirdilər, oturmadı, su verdilər içmədi, israrları dinləmədi, səndirləyə-səndirləyə davam elədi. Bu “nəfəskəsən” yolçuluqdan 1 saatı keçmişdi ki, Gülən 10-15 metr uzaqda bir məzar göstərib, “bulduq əlhəmdülillah” dedi.

Həəə… Biz ən böyük şaqqanağı onda çəkdik. Samanyolunun xam kameramanı Gülən əlini məzara uzadanda yanlışlıqla orda toplu halında dayanan kameraman və müxbirləri də çəkmişdi. Yəni məzarın yeri bəlli deyildisə, “xoca həzrətləri” onu “vəhy”lə tapmışdısa, qosqoca məzarlıqda kameralar niyə MƏHZ o məzarın başında qurulmuşdu?

Efir rejissoru da bizim gördüyümüzü görmüşdü - əsas kameranın 1-2 saniyəlik yanlışını görüntünü digər kameraya keçirməklə ört-basdır eləməyə çalışdı. Amma olan olmuşdu.

Nə isə… Gülən yazısı pozulmuş, daşları əyilmiş, ot basmış məzarın yanına gəlib diz çökdü, zır-zır ağlamağa başladı. Arxasındakılar da ona qoşuldular. Bildiyiniz, dəli yığıncağı… Baxdıq ki, bizim “politoloq bəy” də züy tutmaq istəyir, amma bizim gülməyimizdən ağlamaq moduna rahat girə bilmir.

Kimə gəlirsən, Fətullah, dedik??? Nə vəhy, nə “öbür taraf”la bağlantı? Türkiyədəki arxivlərdə 500 il qabaq hansı kənddə adam, məzar bir yana, nə qədər ağac, inək, keçi olduğunu göstərən minlərlə dəftər var. Sənin atanın 30-40 il qabaqkı məzarı niyə itsin? Bələdiyyəyə deyirsən, açır dəftəri, nömrəsini, koordinatını deyir, get ağla da, bu nə teatrdır?

Deyə-gülə qalxdıq ki, dağılışaq. Çıxışda ha sıxsa da, gözündən yaş çıxara bilməyən qardaşa da dedik ki, dədəsinin qəbrinə sahib çıxmayan belə vələdüznalara baş qoşmasın…

Belə bir lotunu az qala 50 ildir Türkiyəni Atatürk dəyərlərindən uzaq cəhalət ölkəsi kimi görmək istəyənlər siyasətə calamışdılar. NƏHƏNG sərvət vermişdilər əlinə. Türk millətini təriqət dolambaclarında yormaq üçün. Şanlı tarixini unutması, millət kimi bütövlüyünü, dəyərlərini, ona güc verən hər şeyi yaddaşından çıxarması üçün.

Türk dövlətlərini ələ keçirmək üçün neçə cəhdləri olub, bəlkə özləri də sayını itiriblər. Bu gün də davam edirlər. Təki Türk birliyi yaranmasın - buna görə hər pisliyə hazırdırlar.

Fətullah öldü. Bundan sonra sürətlə dağılacaqlarını demək çətindir. Amma zəifləyəcəklər, parçalanacaqlar, şəkil dəyişdirəcəklər - bu dəqiqdir. Bir əli terorda, bir əli korrupsiyada, bir əli millətin cibində olan hər hörgütün sonu eynidir. Əbədi olan millətdir. Çünki, Yaradanın iradəsilə vardır.

Allah atəşini bol eləsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri