Minlərlə şəxsə evində xidmət göstərilib
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən bu ilin ilk yarımilində 4409 şəxs evlərində səyyar formada sosial xidmətlə təmin olunub.
"Cebheinfo.az " xəbər verir ki, onlardan 4075 nəfəri tənha ahıl, 334 nəfəri isə əlilliyi olan şəxslərdir.
Sosial xidmətçilər tərəfindən onlara gündəlik qayğı və məişət ehtiyaclarının qarşılanması, yemək hazırlanması və şəxsi gigiyenaya yardım, alış-veriş və kommunal məsələlərin həlli istiqamətində xidmətlər göstərilib.
Bu xidmətdən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıl şəxslər və tənha əlilliyi olan şəxslər yararlana bilərlər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 30 İyul 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















