Icma.az
close
up
RU
Minlərlə soydaşımız doğma torpaqlara qayıdıb ŞƏRH EDİLDİ

Minlərlə soydaşımız doğma torpaqlara qayıdıb ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Azad olunmuş ərazilərimizdə yaradılan infrastruktur və şərait ən yüksək tələblər və standartlar səviyyəsində qurulur. Prezident İlham Əliyevin tapşırığı da ondan ibarətdir ki, bu ərazilərdə yeni şəhər və kəndlər yalnız bu günün deyil, gələcəyin tələblərinə uyğun inşa olunsun. Çünki biz bu bölgələri sıfırdan bərpa edirik və bu zaman ən müasir texnologiyaların tətbiqini təmin etməliyik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, hazırda elmi-texniki tərəqqi çox sürətlə inkişaf edir: "Bu gün yeni hesab edilən texnologiya sabah artıq köhnəlmiş sayılır. Ona görə də əsas məqsədimiz bu ərazilərin gələcəyin ruhunu daşımasıdır.

Bəli, bu proses maliyyə baxımından böyük tutum tələb edir. Amma unutmaq olmaz ki, azad edilmiş ərazilər Livan boyda bir ərazini əhatə edir və tamamilə viran qalmış vəziyyətdədir. Ermənilər orada yalnız xarabalıq qoyublar. Çünki bu torpaqlar onlara məxsus deyildi və özləri də bilirdilər ki, gec-tez oranı tərk edəcəklər. Azərbaycan isə onları qovdu və indi həmin yerlərdə sıfırdan quruculuq işləri aparılır. Məqsədimiz həm müasir, həm də xalqımızın rahatlığına cavab verən infrastruktur yaratmaqdır.

Kənardan baxanda bu proseslər bəzən asan görünə bilər. Amma nəzərə almaq lazımdır ki, bütün kommunikasiyalar – enerji, su, qaz, yol – tamamilə yenidən qurulur. Dövlət başçısının tələbi də budur ki, görülən işlər tez köhnəlməsin, dayanıqlı olsun. Bu zaman həm xarici təcrübədən istifadə edilir, həm də yerli müasir yanaşmalar tətbiq olunur. Xarici mütəxəssislər belə bu işlərə böyük maraq və heyranlıqla baxırlar.

Bəzən keyfiyyətlə bağlı müəyyən narazılıqlar eşidilir ki, bu da təbiidir. Çünki miqyaslı işlərdə texniki qüsurlar ola bilər. Amma ümumi mənzərəyə nəzər salanda aydın görünür ki, son beş ildə bölgədə inanılmaz dəyişikliklər baş verib. Mən dəfələrlə bu ərazilərdə olmuşam və müşahidə etmişəm ki, insanlar coşqu ilə, böyük istəklə çalışırlar. Artıq minlərlə soydaşımız doğma torpaqlarına qayıdıb və normal həyat qurmağa başlayıblar.

Ətraf mühitin qorunması və təbiətin çirklənmədən mühafizəsi burada əsas prioritetlərdəndir. Prezidentin müəyyən etdiyi hədəf ondan ibarətdir ki, 2030, 2040, hətta 2050-ci illərə qədər bu ərazilərdə atmosferə atılan tullantılar sıfır səviyyəsində olsun. Bərpa olunan enerji mənbələri geniş şəkildə tətbiq ediləcək. Bu, həm də innovativ və gələcəyə hesablanmış təcrübədir.

Burada yaradıcı yanaşma və təşəbbüskarlıq əsas rol oynayır. Dövlətin bu prosesə verdiyi dəstək və yaratdığı şərait biz vətəndaşlardan da eyni münasibət tələb edir. Hər şeyi yalnız dövlətdən gözləmək düzgün deyil. Biz də bacarığımız, ideyalarımız və potensialımızla bu işlərdə iştirak etməliyik. Rəsmi strukturlar ilə vətəndaş təşəbbüsləri birləşdikdə isə ortaya dayanıqlı və uğurlu nəticələr çıxacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri