MİQ dən 75 bal yığan müəllimlər həbsxanalarda da işləyə biləcək
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən məktəblərə müəllimlər müsabiqə yolu ilə qəbul olunur. İşə qəbul zamanı namizədin ixtisas bilikləri ilə yanaşı, məhkumlarla işləməyə psixoloji hazırlığı da nəzərə alınır.
Təhsil eksperti İlqar Orucov Modern.az-a açıqlamasında bildirib ki, bu məktəblərdəki vakant yerlər də Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsinə çıxarılır. Namizədlər keçid balını toplamalı və müsahibədən uğurla keçməlidirlər.
Ekspertin sözlərinə görə, yetkinlik yaşına çatmayan məhkumların təhsil aldığı müəssisələrdə, eləcə də böyüklər üçün cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən axşam məktəblərində dərslər xüsusi rejimə uyğun təşkil olunur. Bu məktəblərdə çalışan müəllimlər təhsil müəssisələrinin ştatlı pedaqoji işçiləridir.
Orucov qeyd edib ki, işə qəbulda müsahibə mərhələsi xüsusi əhəmiyyət daşıyır. Müsahibə komissiyası namizədin emosional dayanıqlığını, məhkumlarla ünsiyyət qurmaq bacarığını və xüsusi rejimli iş mühitinə uyğunlaşmaq imkanını qiymətləndirir. Ekspertin fikrincə, imtahanda yüksək bal toplamaq namizədin müsahibədən uğurla keçəcəyinə zəmanət vermir.
Ekspert əlavə edib ki, bu məktəblərdə çalışan müəllimlərə də sertifikatlaşdırma qaydaları tətbiq olunur. Onun sözlərinə görə, sertifikatlaşdırmada 51–60 bal toplayan müəllimlərin vəzifə maaşına 35 faiz əlavə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 06 Noyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















