Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

U 17 millisi Gəncədə

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Müəllimlər “saat yığan” olmayacaq TƏHLİL

Müəllimlər “saat yığan” olmayacaq TƏHLİL

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Onların peşəkar işçi kimi görülməsi təhsil islahatında ən cəsarətli addımdır

Kamran Əsədov: “Daimi və rəqabətli müəllim modeli müəllimlik peşəsinin nüfuzunu bərpa edir və keyfiyyət mədəniyyəti yaradır”

Şəmil Sadiq: “Müəllimlərin məktəbdə 120 saatlıq dərsdənkənar fəaliyyətə cəlb olunması təhsilə dəyişiklik gətirəcək”

Bu günlərdə müzakirə edilən məsələlərdən biri də müəllimlərin digər peşə sahibləri kimi məktəbdə müəyyən olunmuş iş rejimi, yəni ölkəmizdə qəbul edilmiş 8 saatlıq iş günü prinsipi ilə çalışması fikridir. Qeyd edək ki, hazırda ölkəmizdəki ümumtəhsil müəssisələrində müəllimlər iki əsas statusla fəaliyyət göstərirlər: ştat və saathesabı.

Əslində, bu iki mexanizm hüquqi cəhətdən fərqli olsa da, faktiki fəaliyyət forması baxımından demək olar ki, eynidir. Yəni istər ştatda, istərsə də saathesabı çalışan müəllimlər yalnız dərs saatlarında məktəbdə olur, dərslərini deyib gedirlər. Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib ki, 2027-2030-cu illər üçün əsas hədəflərdən biri də müəllimlik peşəsinə yeni modelin tətbiqidir. Yəni yalnız saatla dərs deyən və ya yarımştat işləyən müəllim deyil, daimi, gündəlik məktəbə gələn, yüksək əməkhaqqı ilə işləyən müəllimlər modeli yaradılacaq. 

Bunun məcburi olmadığını vurğulayan nazir qeyd edib ki, istəyən müəllim əvvəlki saatla işləmə sistemində qala bilər: “Amma bu yeni modeldə müəllimin həftəlik dərs yükü 18–24 saat olacaq, əlavə saatlarda isə şagirdlərlə, valideynlərlə və məktəb daxilində digər təhsil fəaliyyətləri ilə məşğul olacaq. Bu sistemə yalnız sertifikatlaşdırmadan yüksək nəticə ilə keçmiş müəllimlər cəlb olunacaq. Çünki əməkhaqqının aşağı olmasının əsas səbəblərindən biri də odur ki, müəllimlərin həftəlik dərs yükü azdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Bu da, təbii olaraq, aşağı maaş deməkdir. Əgər biz müəllimin həyatını və statusunu yaxşılaşdırmaq istəyiriksə, bu yanaşmanı dəyişməliyik”.

Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında əməkhaqqı ilə işləyən müəllimlər modelinin yaradılmasını mütərəqqi addım kimi dəyərləndirib. Onun sözlərinə görə, elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin məktəbdə iş saatı üzrə qalması ilə bağlı fikri mahiyyətcə doğrudur, çünki dərs saatı müəllimin fəaliyyətinin yalnız bir hissəsidir:

“Təhsil sistemimizdə illərdir gözlədiyimiz ən əsaslı və ən dürüst islahat nəhayət ki, gündəmə gəldi. Müasir təhsil modellərində müəllimin məktəbdə olduğu vaxt təkcə dərs demək deyil, həm də metodik hazırlıq, şagirdlərlə fərdi iş, qiymətləndirmə, layihə dəstəyi, valideynlərlə ünsiyyət, məktəbdaxili təlimlər və komanda işi kimi fəaliyyətləri əhatə edir. Əmək Məcəlləsinin 89-cu maddəsi iş vaxtını məhz bu geniş məzmunla izah edir.  

Nazirin təqdim etdiyi daimi və rəqabətli müəllim modeli təkcə yeni qayda deyil – bu, müəllimlik peşəsinin nüfuzunun bərpa olunması deməkdir.

İlk dəfədir ki, təhsilin rəhbəri problemi sadəcə görmür, onu kökündən dəyişmək üçün real mexanizm təqdim edir. İlk dəfədir ki, müəllimin əməyinə verilən dəyər sözlə yox, struktur islahatla ifadə olunur.

Yeni model müəllimi “saat yığan” yox, məktəbin daimi, peşəkar işçisi kimi görür. Dərs yükü 18–24 saat olacaq, qalan vaxt isə metodiki hazırlıq, fərdi iş, layihələr və inkişaf fəaliyyətinə sərf ediləcək. Bu, dünyanın ən qabaqcıl təhsil sistemlərinin – Finlandiyanın, Estoniyanın, Sinqapurun – tətbiq etdiyi yanaşmadır.

Ən əsas yenilik odur ki, model könüllüdür, ədalətlidir və rəqabətə əsaslanır. Yalnız yüksək nəticə göstərən, sertifikasiyada yüksək bal toplamış müəllimlər bu sistemə daxil ola biləcəklər. Bu isə təhsildə keyfiyyət mədəniyyəti yaradır – bilik və zəhmət ödülləndirilir. Yəni məqsəd müəllimi “məktəbdə saxlamaq” deyil, məktəbi elə təşkil etməkdir ki, müəllimin əməyinin görünməyən 60 faizi məktəbdə keyfiyyətə çevrilsin. Sinifləri kiçiltmək, şagird danışığını artırmaq, sənəd yükünü azaltmaq bu modelin əsas tamamlayıcı addımlarıdır və bunlar paralel aparıldıqda sistem real nəticə verir”.

K.Əsədovun sözlərinə görə, müəllimlərin maaşının aşağı olmasının əsas səbəbi məhz dərs yükünün azlığıdır: “Hər dörd müəllimdən biri cəmi 13 saat dərs deyirsə, bu, peşəkar və sosial rifah yarada bilməz. Yeni model bu problemi həll edir və müəllimlik peşəsini həm maddi, həm də mənəvi baxımdan həqiqətən cəlbedici edir. Bir sözlə, uzun illərdir hamının danışdığı, amma heç kimin cəsarət etmədiyi islahat, müəllimin dəyərinin bərpası nəhayət ki, həyata keçirilməyə başlayır.

Bu islahat təkcə müəllimin rifahı deyil, təhsilin gələcəyidir.

Müəllim güclənirsə, təhsil də güclənir. Təhsil güclənirsə, ölkə də güclənir.

Bu addım üçün təşəkkürlər, cənab nazir. Bu, təhsilimizin ən doğru istiqamətdə atılmış ən cəsarətli addımıdır”.

Təhsil texnoloqu, dosent Şəmil Sadiq də “Şərq”ə bildirib ki, bu sistem düzgün tətbiq olunarsa, bu, təhsilin keyfiyyətinin yüksəlməsi, şagird davranışlarının pozitiv dəyişməsi və müəllim peşəkarlığının artması baxımından çox mühüm bir addım ola bilər: “Təsəvvür edək ki, müəllimlər məktəbdə gündə 8 saat olur. Onların orta hesabla həftəlik 18 saat dərsi varsa, bir ay ərzində 24 iş gününə görə ümumi 192 saat məktəbdə olacaqlar. Bunun cəmi 72 saatı dərs, qalan 120 saatı isə məktəbdaxili pedaqoji fəaliyyət, metodik iş və tərbiyəvi proseslərə sərf olunacaq. Bəli, ən vacibi bu 120 saatın necə doldurulacağıdır. Əgər bu zaman daxili metodik inkişaf planı, təlimlər, müəllimlərarası dərs dinləmələri, layihələr üzərində iş, fasiləsiz peşəkar inkişaf və məktəbdaxili tədqiqat fəaliyyətləri ilə düzgün proqramlaşdırılsa, bu, müəllimin bilik və bacarıqlarının sistemli şəkildə yenilənməsinə səbəb olacaq. 

Hazırda isə metodkabinetlərin fəaliyyəti, təəssüf ki, əsasən, rəsmi sənədləşmə ilə məhdudlaşır. Halbuki metodbirləşmələr tez-tez dərs dinləməli, müzakirələr aparmalı, yeni pedaqoji tendensiyalar üzrə daxili təlimlər təşkil etməlidirlər. Lakin bu işlər çox zaman həyata keçirilmir, çünki “dərsim yoxdur”, deyib məktəbə gəlməyən müəllimlə pedaqoji cəmiyyət yaratmaq mümkün deyil.

Bu gün tədris planlarında nəzərdə tutulan dərsdənkənar fəaliyyətlər və dərnəklər hazırda çox zaman formal xarakter daşıyır, bəzən isə ümumiyyətlə, həyata keçirilmir. Düşünürəm ki, yeni sistemlə bu fəaliyyətlər real məzmun qazana bilər. Müəllimlər məktəbdə olduqları vaxt ərzində bu dərsdənkənar saatlar hesabına şagird klublarını idarə edə, sosial layihələr apara, əlavə dərslər və mentorluq görüşləri təşkil edə bilərlər. Bu, həm müəllimin əlavə gəlir imkanını təmin edər, həm də dövlət büdcəsindən ayrılan vəsaitin məhsuldar istifadəsinə şərait yaradar”. 

Ş.Sadiq hesab edir ki, müəllimlərin məktəbdə daha çox olması, şagirdlərlə emosional və sosial əlaqə qurmaq imkanını artıracaq: “Hazırda bu yük əsasən sinif rəhbərlərinin üzərinə düşür. Halbuki uşağın məktəb mühitində davranış və münasibətinin formalaşması üçün bütün müəllimlərin tərbiyəvi prosesə cəlb olunması zəruridir. Bu yanaşma şagirdlərdə məktəbə bağlılıq hissini gücləndirəcək, geridə qalan şagirdlərlə fərdi iş aparmağa, tərbiyəvi söhbətlərə və klub fəaliyyətlərinin təşkilinə real imkan yaradacaq.

Bu sistemin ən mühüm nəticələrindən biri də müəllimin paralel məşğulluq (repetitorluq) zərurətindən xilas olması ola bilər. Əgər əməkhaqqı optimallaşdırılsa, müəllim dərsini bitirib dərhal “başqa qazanc dalınca” getmək məcburiyyətində qalmaz.

Hazırda bəzi müəllimlər sadəcə formal olaraq məktəbdə “ad saxlamaqla” paralel hazırlıqla məşğul olur, digərləri isə bütün yükü daşıyır. Yeni yanaşma əmək bölgüsündə ədalət prinsipini də bərpa edə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 07:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see252

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see243

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see237

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see232

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see230

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see223

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see220

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see213

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see204

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see195

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see193

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see192

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see191

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see188

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see188

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see183

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see183

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see181

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see180

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri