Icma.az
close
up
RU
MİQ imtahanında coğrafiya fənni üzrə respublika birincisini TANIYAQ

MİQ imtahanında coğrafiya fənni üzrə respublika birincisini TANIYAQ

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il iyulun 4-də coğrafiya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında ən yüksək nəticəni Tural Tağıyev göstərib.

Redaktor.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, o, 93.75 bal toplayaraq respublika birincisi olub. Təkcə bu nəticəsi ilə deyil, həm də peşəyə sevgi ilə yanaşması və daim özünü inkişaf etdirməsi ilə fərqlənən Tural Tağıyevin uğur yolu gənclər üçün əsl nümunədir.
Peşəkar həyat yoluna nəzər saldıqda, müsahibimiz təhsili və zəhmətkeşliyi ilə diqqət çəkir. O, 552 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix və coğrafiya müəllimliyi” ixtisasına qəbul olub. Daha sonra Bakı Dövlət Universitetində “Geomorfologiya” ixtisası üzrə magistratura təhsili alaraq ixtisaslaşmasını davam etdirib.
İlk karyera pillələri pedaqoji sahədən kənarda başlayıb. 2 il bank sektorunda çalışan Tural Tağıyev daha sonra müəllimliklə məşğul olacağına qərar verib. 2016-cı ildə keçirilən MİQ imtahanında o dövrün 60 ballıq sistemi ilə 52 bal toplayaraq Xaçmaz rayonu Palıdlı kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 5 il ərzində bu məktəbdə çalışaraq şagirdlərinin uğurlarına, universitetə qəbul göstəricilərinin yüksək olmasına töhfə verib.
2021-ci ildə 55 bal topladığı MİQ imtahanından sonra fəaliyyətini Bakı şəhəri 252 nömrəli tam orta məktəbdə davam etdirib. Daha sonra 2022-ci ildə keçirilən direktor müavinlərinin imtahanında uğur qazanaraq Bakı şəhəri 214 nömrəli məktəbdə direktor müavini vəzifəsinə təyin olunub.

Hazırda Tural Tağıyev direktor müavini vəzifəsini daşısa da, müəllimlik sevgisindən ayrılmayıb. Paralel olaraq, həmin məktəbdə coğrafiya fənnini də tədris edir. O bildirir ki, MİQ imtahanında iştirak etməkdə məqsədi heç də yerdəyişmə və ya vakansiya seçimi deyil, sadəcə özünü sınamaqdır.
Tural Tağıyevin müəllimliyə olan marağı isə məktəb illərinə gedib çıxır. O, coğrafiyanı sevərək seçdiyini bildirir. Bu sevgini ona məktəbdəki müəllimi aşılayıb:
“Biz müəllimimizi nümunə götürürdük. O, dərsi ənənəvi deyil, daha yaradıcı və interaktiv şəkildə keçirdi. Sual-cavab, məsələ həlli, xəritə üzərində iş… Bunlar bizim marağımızı artırırdı. Məhz bu müəllimin sayəsində biz coğrafiyanı 10-11-ci sinifdə deyil, daha aşağı siniflərdən sevdik”.
Tural Tağıyev qeyd edir ki, uzun illər müəllim işləmək ona həm ixtisas biliklərini möhkəmləndirməkdə, həm də MİQ imtahanına hazırlıq baxımından üstünlük verir. Onun sözlərinə görə, müəllimlik təcrübəsi olan şəxslər dərs vəsaitləri ilə daha yaxından tanış olur və bu da imtahanlarda onlara üstünlük qazandırır:
“İmtahana yeni hazırlaşanlar üçün sistemli və planlı şəkildə çalışmaq vacibdir. MİQ imtahanında suallar dərin düşünmə tələb edir. Ona görə də bu imtahana ciddi yanaşmaq lazımdır. Məqsədi müəllim olmaq olan hər kəs bu prosesə ciddi yanaşmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyul 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri