MİQ üçün əsas qayda və tövsiyələr: Müəllimlər buna diqqət yetirməlidirlər
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllimlərin işə qəbulu (MİQ) üzrə test imtahanı mərhələsində iştirak edəcək namizədlər üçün vacib tövsiyələr açıqlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, namizədlər yalnız şəxsi səhifədə qeyd olunan tarix və saatda imtahanda iştirak edə bilərlər.
“Şəxsi səhifədə qeyd olunan məkandan fərqli imtahan mərkəzlərində keçirilən imtahanlarda iştirak etmək imkan xaricindədir. MİQ imtahanında iştirak üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur. Namizədi müşayiət edən şəxslər imtahan mərkəzinin ərazisinə buraxılmayacaqlar. Test imtahanının davametmə müddətini ve müsabiqə şərtlərindən irəli gələn digər məqamları nəzərə alaraq namizədlərə öz yaxınlarını imtahana gətirməməsi və imtahan ərazisinə tək yaxınlaşmağı tövsiyə olunur. Namizədin imtahan binasına yemək, su (bütün növ içkilər), çanta və ya digər şəxsi əşyalar gətirməmək tövsiyə olunur. İmtahan prosesində hər hansı sual yarandıqda və ya məlumat uyğunsuzluğu baş verdikdə namizəd səssizcə əlini qaldırıb nəzarətçilərin ona yaxınlaşmasını gözləməlidir. Namizəd imtahanı bitirdikdən sonra nəzarətçinin təlimatı olmadan imtahan zalını tərk etməmǝlidir. İmtahan zamanı istifadə olunan qaralama kağızları imtahan zalından çıxarılmamalıdır”, – məlumatda deyilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 İyul 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















