Icma.az
close
up
RU
“MiQ29”un şəhid pilotu Bu gün 40 yaşı OLACAQDI...

“MiQ29”un şəhid pilotu Bu gün 40 yaşı OLACAQDI...

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları zamanı qəzaya uğrayan MiQ-29 təyyarəsinin həlak olmuş pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.
Modern.az-ın məlumatına görə, yaşasaydı, bu gün onun 40 yaşı tamam olacaqdı.

Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində dünyaya gəlib. Ailədə üç qardaş olublar.  
O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. 2002-ci ildə Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub. İkinci kursda oxuyanda ilk dəfə ixtisaslaşma tətbiq olunanda aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. O, seçilmiş 35 nəfərlə birgə təhsil alıb, ancaq diplom verilən cəmi 5 nəfərdən biri olub. 2006-cı ildə həmin məktəbin uçuş mühəndisi ixtisasına yiyələnərək, oranı yüksək nəticələrlə başa vurub.
R.Atakişiyev 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb. Aprel döyüşlərinin iştirakçılarından biri olub. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələrək polkovnik-leytenant hərbi rütbəsinə layiq görülüb.

R.Atakişiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar və təcrübəli pilotlarından biri olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.
2019-cu il iyulun 29-da məzunbiyyətə çıxacaqdı. Məzuniyyətdən bir neçə gün əvvəl – iyulun 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hadisə üç təyyarənin qatıldığı təlimin sonuna az qalmış baş verib.
Sonra məlum olub ki, Rəşad Atakişiyevin təyyarəsi Xəzər dənizinə düşüb. Qəza nəticəsində pilot Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.
Rəsmilər qəzanın ilkin səbəbi kimi "quş dəstəsininn təyyarənin kabinəsinə çırpılması nəticəsində suya düşməsi"ni ehtimal etdiklərini deyiblər.
Lakin ailə üzvləri Rəşad Atakişiyevin öncəki danışıqlarından xatırlayırdılar ki, o həmişə gecə baş verən təyyarə qəzalarında quşların çırpılmasını istisna edib. Qayınatası Qabil Hüseynli mətbuata açıqlamasında deyir ki, kürəkəni hər zaman gecə uçmağın yaxşı olduğunu vurğulayıb: "Deyirdi ki, gecə uçmaq yaxşıdır, çünki gecələr quşlar uçmur".
Buna görə də, Rəşad Atakişiyevin ailə üzvləri qəzanın “quş dəstəsi” ilə bağlı olduğuna inanmayıblar.

Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis, eləcə də avadanlıqlar cəlb olunub. Avqustun 19-da təyyarənin “qara qutu”su, 20-də isə pilotun nəşi tapılıb. Ayın 21-də polkovnik-leytenant Atakişiyevin nəşi II Fəxri Xiyabanda torpağa tapşırılıb.
R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb və onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə R.Atakişiyev ölümündən sonra Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunub. Medal 2019-cu ilin dekabrın 28-də pilotun ailəsinə təqdim edilib.
07.05.2021-ci ildə polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

Şəhidin Turqut və Qalib adl iki oğul övladı yadigar qalıb.
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri