Icma.az
close
up
RU
Mir Şahin atasının vəfatından yazdı: Allah səbr versin deməklə deyil, alınmır

Mir Şahin atasının vəfatından yazdı: Allah səbr versin deməklə deyil, alınmır

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mir Şahin Ağayev

Atam Mir Dilavərin ölümünü təbii ki çox ağır keçirirəm. Həm bir övlad, həm də cəmiyyət üzvü kimi. İki gündür rəhmət leysanı içindəyik. Mir Dilavər ağanın qapısı insan selağzıdır. Başsağlıqları, ehtiram, hörmət, xatırlamalar. Böyük bir bölgənin ağsaqqalı, nüfuzlu din xadimi, Müqəddəsimiz rəhmətə gedib.

Yeri həmişə görünəcək. Əlbəttə, bu böyük kişi, əlinin qabarı, alnının təri, sarsılmaz imanı, Qurani Kərimin yüzlərlə Hafizini yetişdirmiş zəhməti ilə-möminlik nümunəsinə ucalmış Hacı Mir Dilavər ağa haqqında mütləq çox ciddi nələrsə yazacam.  Amma indi yox. Bir az sonra. Hər şeyi tam dərk edəndən sonra. İndi isə həm də bunları yazıram: 

-Atam gedişi ilə də işıq saldı. Bu nur topasına doğru pərvanə kimi qanad çalanları da, hürə-hürə cuman quduz köpəkləri də gördüm. Görməkdəyəm. Atam yoldadır! Yəqin ki, üzündəki təbəssüm bu dəqiqə daha da səmavi, daha da ilahidir. Atamın İşıqlı siması hüzurunda qələbəlikdir, tıxacdır. Ruhuna doğru saysız-hesabsız Fatihə, Salavat və Dualar uçuşur...

O Fatihə, Salavat və Dualardan min kilometrlərlə aşağıda isə qaragüruh, cahil idbarlar, mənəvi şikəstlər var… Bu xəbis xislətlilərin ala-tala ləkələri, laxtaları, qaraltıları gözə dəyir! Atam həmişə mənə deyərdi: nə olursa, olsun, qəzəblənmə! Kin saxlama! Əməl etməyə çalışıram. Amma indi çox çətindir. Çünki Atam bunu deyəndə sağ idi. Yanımda idi. Amma indi deyil.

Qəzəblənməkdən çəkindirənim, hövsələyə çağıranım, səbr verənim də yoxdur. Allah səbr versin deməklə deyil... Alınmır... O Ucalığa hürən, ulayan alçaqları Atam görmür. Görə də bilməz. Çünki onlardan çox yuxarıdadır. Atama rahatdır. Amma mən görürəm. Rahat ola bilmirəm. Gücüm ancaq bu diləyə çatır:

-Bağışla onları, Ata! Onlar nə etdiklərini bilmirlər!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Mart 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri