Mirədalət Talışxanovla bağlı YENİ QƏRAR
Lent az saytına istinadən Icma.az xəbər verir.
Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, hökm dəyişdirilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mirədalət Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Mirədalət Talışxanov DTX tərəfindən saxlanılıb.
Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:364
Bu xəbər 11 Fevral 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















