Icma.az
close
up
RU
Mirşahin Ağayev Vahid Mustafayevə cavab verdi: Sərt ittihamlar

Mirşahin Ağayev Vahid Mustafayevə cavab verdi: Sərt ittihamlar

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“O vaxt ANS-də nə mənim, nə sənin, nə də onun ayrıca bir rolu vardı. Orada hər üçümüzün – Vahid, Seyfulla, Mirşahin rolu eyni idi. Biz ANS-in Azərbaycan tamaşaçısına, Azərbaycan dinləyicisinə, Azərbaycan xalqına xidmət etməsi üçün çalışan insanlar idik. Konkret bölgü yox idi. Elə məqamlar olurdu ki, yaradıcılığı mən idarə edirdim, elə məqamlar olurdu ki, Seyfulla idarə edirdi, başqa vaxtlarda isə Vahid edirdi”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Real” Təhlil-İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev deyib.

“AStar” yutub layihəsinin qonağı olan Əməkdar jurnalist illər sonra ANS-lə bağlı açıqlama verib:

“Bəzən iş elə gətirirdi ki, mən xəbərlə daha çox məşğul olurdum, amma bu o demək deyildi ki, yalnız xəbərlər mənim sahəm idi. Bir müddət baş prodüser də olmuşam. Prodüser departamenti fəaliyyət göstərən dövrdə bir çox layihələr məhz bizim zamanımızda həyata keçirildi. Ona görə də deməzdim ki, bu konkret olaraq kiminsə sahəsi idi, kiminsə deyildi. Biz ümumilikdə ANS-in rəhbərliyini daşıyır və Azərbaycan xalqına ANS xidməti göstərirdik”.

O, ANS haqqında çox danışmaq istəmədiyini bildirib:

“ANS haqqında çox danışmaq istəmirəm, xüsusilə də indi. Çünki ANS artıq mənim çalışmadığım bir şirkətdir və orada çalışan insanların ANS barədə danışmağa haqqı daha çoxdur. Bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm: Bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm: Mən ANS-də çalışmamışam, mən ANS çalışmışam, mən ANS-də işləməmişəm, mən ANS işləmişəm, mən ANS-də olmamışam, mən ANS olmuşam”.

M.Ağayev söyləyib ki, ANS Azərbaycanın informasiya tarixində xüsusi rolu olan bir qurumdur:

“ANS Azərbaycanın ilk özəl teleradio şirkətidir və ölkənin müstəqillik tarixində çox böyük işlər görüb. Bu mənim üçün artıq keçmişdir. Keçmişim haqqında danışmaq istəmirəm ki, özümü tərifləyən kimi çıxmasın. Hər bir həmkarımın ANS-lə bağlı öz baxışı var və bu da normaldır.

Bu gün mən daha qlobal mövzular haqqında düşünürəm. Məsələn, dünyada su müharibələrinin başlama ehtimalı məni ciddi narahat edir. Çox yaxın zamanda bəşəriyyət su qıtlığı ilə üzləşə bilər. Necə ki, bu gün enerji uğrunda mübarizə gedir, gələcəkdə su uğrunda mübarizə başlaya bilər. Artıq bəzi ölkələrdə, o cümlədən, Tehranın paytaxt statusunun dəyişdirilməsi, İstanbulun su problemi, kəndlərdə bulaqların quruması kimi məsələlər gündəmdədir. Bu baxımdan mən ANS mövzusu ətrafında dolaşmaq istəmirəm”.

M.Ağayev vaxtilə ANS-də işləmiş, indi isə “Real” TV-də çalışan əməkdaşların keçmiş həmkarları, xüsusən də Vahid Mustafayevin yanında qalanlarla ünsiyyət saxlamasına qadağa qoyulması barədə suala belə cavab verib:

“Mən “Real”ın əməkdaşlarına heç bir qadağa qoymamışam. Əgər mən ünsiyyət saxlamıramsa, bu, mənim seçimimdir. Əgər onlar ünsiyyət saxlamırlarsa, bu da onların seçimidir. Elə adamlar var ki, ünsiyyət saxlayırlar? Bəzən mənimlə də ünsiyyətdə olurlar”.

Bu yerdə aparıcı Ülvira Qarayeva repilka verib: “İnan ki, yox…”.

M.Ağayev:

– Yox, elə bir şey yoxdur. Natavan xanımın yasında uşaqlarımızın çoxu iştirak edib. Mais müəllim də rəhmətə gedəndə getmişdilər.

Mən isə sadəcə getmirəm. Bu, mənim şəxsi seçimimdir. Onlar da gəlmirlərsə, bu, onların seçimidir. Mən ümumiyyətlə, ANS mövzusu ətrafında danışmamağa çalışıram. Çünki az əvvəl də dediyim kimi, ANS mənim üçün artıq nə deməkdir, onu açıq şəkildə bildirmişəm.

Qeyd edək ki, V.Mustafayev bir müddət əvvəl Mirşahin Ağayevin ANS-dəki fəaliyyəti ilə bağlı demişdi:

“Mirşahin Ağayev heç vaxt bizim şərikimiz olmayıb. Mirşahini bizimlə ilk dəfə Sabir Rüstəmxanlı tanış edib. O vaxt bizə Azərbaycandilli müxbir lazım idi. Sabir Rüstəmxanlı da “Azərbaycan” qəzetinin baş redaktoru idi”.

(yeni sabah)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Yanvar 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri