Icma.az
close
up
RU
Mirsultan ağa ocağı

Mirsultan ağa ocağı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mirsultan ağa, elə bil bu, dünyaya xeyirxahlıq üçün gəlmişdi. Sanki, taleyinə insanlara dayaq olmaq, sınmış könüllərə ruh vermək missiyası yazılmışdı. Onu tanıyan hər kəs üçün Mirsultan ağa, sadəcə, bir insan deyil, mərhəmətin, səbrin və ilahi işığın canlı təcəssümü idi.

Biləsuvarın Əsgərabad kəndində yerləşən ziyarətgah bu gün də həmin işığın ünvanıdır. Buraya üz tutanların sayı-hesabı yoxdur. Hər gün yüzlərlə insan bu ocağa gələrək könül rahatlığı tapır, ürəyindəki dərdi bir anlıq da olsa unudur. Çünki bu məkan təkcə daş-divardan ibarət deyil - burada bir ömrün xeyirxahlıqla yoğrulmuş izi yaşayır.

Hacı Mirsultan ağa seyid, peyğəmbər nəslinin daşıyıcısı idi. Onun adını eşitmək belə insanların içində qəribə bir istilik oyadırdı. Üzündəki nur, baxışlarındakı sakitlik, sözlərindəki hikmət uşaqdan–böyüyə hamını cəlb edirdi. İnsanlar onu görəndə anlayırdılar ki, bu dünyada yaxşılıq hələ də yaşayır.

1933-cü ildə Yardımlı rayonunun Perimbel kəndində dünyaya gələn Mirsultan ağa Seyid Məhəmməd oğlu Mirsultanovun yolu sonradan Biləsuvarın Əsgərabad kəndinə düşmüşdü. Elə o gündən də onun məskunlaşdığı ev tədricən mənəvi ocağa, köməksizlərin pənah yerinə çevrildi. Qapısı heç vaxt bağlı olmadı; dərdi olan da, sevinci olan da bu qapını döydü.

Onu yaxından tanıyanlar yaxşı bilirdilər: Mirsultan ağa yalnız xeyirxahlıq üçün yaşayırdı. Kimsəsizlərin əlindən tutmaq, yolunu azmışa doğru yol göstərmək, ümidsizə ümid olmaq onun həyat fəlsəfəsi idi. Ömrünün son anına qədər də əqidəsindən dönmədi. İnsanlar çətinliyə düşəndə ona sığınar, sözündən təsəlli, baxışından güc alardılar.

Ağanın övladlarına verdiyi ata nəsihətləri bu gün də bir həyat dərsidir: “Dostunuz çox olsun. Qapınıza pənah gətirəni, sizdən kömək istəyəni heç vaxt naümid qaytarmayın”.

Mirsultan ağa müqəddəsliyin səssiz nişanəsi idi. Bəlkə də elə buna görə insanlar onu bu qədər sevirdilər. Onu bir dəfə görən, bir neçə dəqiqə söhbət edən insan bu görüşü ömrü boyu unutmurdu.

Bu yaxşılıqlardan biri illər sonra belə dillər əzbəri olan bir hadisədə öz əksini tapır. Bir gün bazarda pulunu itirib çıxılmaz vəziyyətə düşən bir qadına səssizcə əl uzatmışdı. Heç kimin görmədiyi, heç kimin anlamadığı anda…

Mirsultan ağa ilə bağlı belə xatirələr yüzlərlədir. Onun üçün hər səhər yalnız yaxşılıq etmək üçün açılırdı. Oğlu Miralim bu gün də atasından qalan əşyaları qoruyub saxlayır. Avtomobilləri, geyimləri, pul qabısı, imzalı əskinaslar və ən əsası – bir saat yarımlıq səs yazısı. Bu səs, sadəcə bir xatirə deyil, hikmətin, ruhun və ata nəfəsinin yaşadığı mirasdır.

Uca Yaradan bu xeyirxah insanı böyük bir ailə ilə mükafatlandırmışdı - 7 oğul, 5 qız. Hər biri bu ocağın adını öz əməlləri ilə uca tutur, ağanın yolunu davam etdirir. Onların həyatına işıq salan məhz bu nəsihətlərdir.

Mirsultan ağa ömrünü şərəflə yaşadı. Hər gününü insanlara sevinc bəxş etməklə, könüllərə toxunmaqla keçirdi. Axırıncı həcc ziyarəti isə sanki onun taleyinin son səhifəsi idi. 1993-cü ilin iyun ayının 4-də Səudiyyə Ərəbistanının Mina səhrasında bütün ayinlərini yerinə yetirdikdən sonra haqq dünyasına qovuşdu.

Mirsultan ağa cismani olaraq aramızda olmasa da, onun ruhu bu ocaqda, bu dualarda, bu xatirələrdə yaşayır. Çünki insanı yaşadan ömrünün uzunluğu deyil – qoyduğu izdir.

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri