Icma.az
close
up
RU
“Mırt” izləyicilərə sərt sözlər Alim Qasımovun rep müzakirəsinə iki məşhurdan REAKSİYA

“Mırt” izləyicilərə sərt sözlər Alim Qasımovun rep müzakirəsinə iki məşhurdan REAKSİYA

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq artisti Alim Qasımovun toyda rep deməsi müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb. Xanəndənin bu cür gözlənilməz ifaları əvvəllər də olub. Məsələn, 1990-cı illərin sonlarında bir toy məclisində Xalq artisti Rasim Balayev İmadəddin Nəsimidən şeir deyərkən, Alim Qasımov əyləşdiyi yerdən muğam oxumağa başlayıb. Təxminən 7-8 il öncə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva muğam ustaları ilə görüşdə xanəndə Təyyar Bayramovun ifasının ortasında Alim Qasımov anidən muğam oxuyur və alqışlanır. Həmin vaxt da onun gözlənilməz hərəkəti uzun müddət müzakirə edildi.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan xalq artisti Alim Qasımov rep ifasının sadəcə bir zarafat olduğunu qeyd edib:

“Mən bunu zarafatyana etmişəm, onu da götürüb tez yayıblar. Camaata da “mövzu” lazımdır. Dostum toya dəvət edib, mən də qonaq qismində orada iştirak etmişəm. Toyda o qədər ifalar etdim, yaymadılar, götürüb zarafatımı paylaşıblar. Allah özü kömək olsun! İllərdir muğam oxumağımı heç tərifləmirlər, paylaşmırlar. Çünki bəzilərinə “mırt” lazımdır. İndi də hər kəs haqqımda öz səviyyəsinə uyğun fikir bildirir”.

Xalq artisti Rasim Balayev də Alim Qasımovun rep deməsinin normal olduğunu bildirib:

“Efirə geyimini, davranışını, ifa etməyi bilməyən nə qədər adam çıxarırlar, o heç ayıb olmur, Alim Qasımovun dost məclisində zarafat etməsi ayıb olur?! Meymunluq edənlər efirlərdə at oynadır, sənətkarlar əylənəndə tənqid edirlər”.

Rasim Balayev illər öncə toyda Alim Qasımovla təsadüfən duet oxumaqları haqda da danışıb:

“Alimlə gözəl münasibətim var. Haradasa 25-26 il öncə qızı Fərqanə Qasımovanın toyunda mən Nəsimidən şeir deyən zaman o da yerindən muğam ifa etmişdi. Alim nə etsə, yaraşır! Rep deyibsə də, əcəb edib! Adam bizim musiqimizi dünyada tanıdır. Bundan danışmaq lazımdır! Alim Qasımov nə etdiyini bilir. Onun sənətkar kimi öz dünyası var”.

Deputat Fazil Mustafa da bu barədə sosial şəbəkədə paylaşım edib:

“Sevdiyimiz ustad sənətçi Alim Qasımovun videosu yayılan toyda şən və pozitiv davranışını bəyəndim. Rahat, komplekssiz, tədbirin mahiyyətinə uyğun, bir sənət adamının ata biləcəyi sadə və maraqlı bir addım. Toyda mərsiyə deməli idi, yaxud ağlamalı idi? Söyüş-zad söyməyib, təhqiredici ifadə işlətməyib ki? Öz üslubunda məclisin ovqatını yüksəltmək istəyib. Sənət adamı ütülü, standart biçimdə olmaz ki? Hələ bu adam Alim ola! Böyük istedadların ərköyünlük haqqını da nəzərə almalıyıq! Hər bir davranışın çevrəyə zərərinə, faydasına baxmalıyıq. Mədəni və mənəvi ekologiyamıza hansısa zərər vurduğunu düşünmürəm”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 İyun 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri