Icma.az
close
up
RU
Mirvarid Dilbazinin qızıdan ETİRAZ: “O mənim anamı “balaca Məhsəti adlandırırdı, bədbəxt insandır ki...” FOTO+ÖZƏL

Mirvarid Dilbazinin qızıdan ETİRAZ: “O mənim anamı “balaca Məhsəti adlandırırdı, bədbəxt insandır ki...” FOTO+ÖZƏL

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Məmməd Səid Ordubadi mənim anamı “balaca Məhsəti” adlandırırdı. Məhsəti Gəncəvi kimi şairənin adını bədnam işlərdə hallandırmaq düzgün deyil. Mən həmin filmi izləməmişəm. Həqiqətənmi belə bir film çəkilib? Ümumiyyətlə Xurşidbanu Natəvan, Məhsəti Gəncəvi haqda çox şayiələr yayırlar. İndiki zəmanədə nə desən olar. Mən özüm haqda bəzən elə sözlər eşidirəm ki, matım quruyur. Dildə sümük yoxdur, kim nə istəyirsə onu da danışır. Hər deyilən sözə inanmaq olmaz”.

Bunu Moderator.az-a açıqlamasında ilk qadın xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi deyib.

O daha sonra gənc şair Qabil Ədalətin “şairlər yer üzünün ən bədbəxt insanlarıdır” sözünə münasibət bildirib:

“Nəinki şairlər, elə rəssamlar da o gündədir. Mən Sabir bağının yanında yaşayıram. Bəzən Nizami küçəsindən keçəndə rəssamlara ürəyim ağrıyır. Milyonda bir adam ola bilər ki, onların çəkdiyi şəkilləri alsın. Rəssamlar, şairlər, bəstəkarlar yer adamları yox, göy adamlarıdır. Onlar tamamilə başqa həyat yaşayırlar. Əlbəttə ki, onlar bizim aləmimizdə bədbəxtdirlər. Amma öz aləmlərində onlardan xoşbəxti yoxdur. Ulu Öndər Heydər Əliyev anama zəng edib deyirdi ki, Mirvari xanım nə istəyirsiz? O deyirdi ki, mənə heç nə lazım deyil, təki vətənim xoşbəxt olsun. Bizim evdə Allahın bir lüsturu, parketi də yox idi. Halbuki anam nə istəsəydi onu da verərdilər. Məsələ bunda deyil. Onlar bu kimi şeylərə meşşan kimi baxırdılar. Anamın bir şeiri var, məzmunu belədir ki, “qulağıma brilliant sırğa taxdım, nə boyum yekəlmədi, nə də başqa bir şey olmadı”. İndiki cavanları bədbəxt edənlər belə şeylərdir. Qızı ərə verir, oğlan evinə deyir ki, filan şeyləri gətirməlisən. Cövdət Hacıyev mənim bibim Əminə Dilbazinin həyat yoldaşı idi. Mən bir dəfə gedib oturdum onun yanında.. Gördüm necə çalışır, səs-küy salır. Bu musiqi ilə yaşayırdı. Biri hündürmərtəbəli binalar tikir, biri də mənəviyyatını zəngin saxlamaq istəyir. Əslində dünyanın ən bədbəxt insanları poeziyanı, rəssamlığı, bəstəkarlığı başa düşməyənlərdir. Bir insan ki, Nizamini, Füzulini, Sabiri tanımır, siz nə qoyub, nə axtarırsınız? İndiki zamanda savadlılar da çoxdur, savadsızlar da. Biz elm adamı olmuşuq.  Telefon sənə verilməyib ki, sən kitab oxuma! Biz kitab oxumuşuq. Bu yaşımdan sonra istəsəm də texnikanı öyrənə bilmərəm”, - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri