Icma.az
close
up
RU
Xalq şairi Mirvarid Dilbazinin anadan olmasinin 113 illiyi qeyd olunub

Xalq şairi Mirvarid Dilbazinin anadan olmasinin 113 illiyi qeyd olunub

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı  ilə 19 avqust 2025-cü ildə Xalq Şairi Mirvarid Dilbazinin məzarı önündə anadan olmasının 113 illiyi  qeyd olunub, məzarına  gül dəstələri düzülüb. Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşkilatçılığı ilə Bakı QHT Resurs və Təlim Mərkəzində tədbir davam edib.

Tədbiri açılış sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açdı, qonaqları salamladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Mirvarid Dilbazi Poeziya Məclisi idarə heyətinin üzvləri- şair, şəhid bacısı Lalə İsmayıl   Tərlan Musayeva, Azadə Quliyeva, Qulu Əliyev, Polad Ağa İbrahimov və KİV nümayəndələri və gənclər iştirak etdilər. 

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi yarandığı gündən xalq şairinin yaradıcılığını geniş şəkildə təbliğ edir. 

2022-ci ildə Mirvarid Dilbazinin 110 illik yubileyi münasibəti ilə Qeyri-Hökümət Təşkilatlarının dəstəyi ilə mirvariddilbazi.az sayıtı fəaliyyətə başladı, ictimai birlik olaraq xalq şairinin "Bənövşələr üstə göz yaşları"  adlı kitabı kiril əlifbasında latın qrafikasına çevrilərək yenidən nəşr olundu. ''Öz içindən yanan bir ocağam'' kitabı isə şair anamız haqqında yazılan şeirlərdən, xatirələrdən, publisistik məqalələrdən ibarətdir.  Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə '' Vətən oğulsuz olmasın'' kitabı da Mirvarid Dilbazinnin Ulu öndərə həsr etdiyi şeirlərdən ibarətdir.
Mirvarid Dilbazi Poeziya Məclisi bu günümüzün işığında yaşayıb yaradan şairlərdən- Brilyant Atəşin, Arzu Yaqubqızının, Arzu Əyyarqızının, Vaqif Osmanlının, Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın, Ötərxan Eltacın şəhid Zaur İsmayılzadəyə həsr olunmuş kitabıarının işıq üzü görməsinə vəsilə olub.  Bunlarla bərabər təşkilat milli mənəvi dəyərlərimizi də geniş təbliğ edir.

Azərbaycan Respublikasının birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə kəlağayımız Yuneskonun Qeyri Madd i Mədəni irs üzrə Peprezentativ siyahısına daxil olmuşdu. Bu tarixi hadisənin 10 illiyi münasibəti ilə təşkilat kəlağayı haqqında festivallar keçirir, sərgilər təşkil edir, sazlı sözlü konsertlər verir. Beləliklə, Mirvarid Dilbazi Poeziya Məclisi mədəniyyətimizin,ədəbiy yatımızın, poeziyamızın təbliğinə, inkişafaına xidmət edir. 

Mirvarid Dilbazinin "Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci, "Bizim səsimiz" adlı ilk kitabı isə 1934-cü ildə nəşr edilib. Şairin "İlk bahar", "Məhəbbət bizimlə qoşa doğulur", "Həyat lövhələri", "Xatirələr aləmində", "Bənövşələr üşüyəndə", "Ana qanadı", "Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə "Seçilmiş əsərləri", "Qar çiçəkləri", "Durnalar ötüşəndə", uşaqlar üçün "Nağıllar", "Kiçik dostlarıma", "Gülbahar", "Yaz gəlir", "Lalənin ağacları", "Abşeron bağlarında" və digər kitabları çapdan çıxıb.
Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, "Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə", "Avey dağla söhbət" və digər poemaları, "Xocalı fəryadı", "Məhsəti" pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun "Çoban Qara", "Evimizə gəlin gəlir", "Anam yadıma düşdü”, "Laylay", "Azərbaycan elləri" şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.

Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla", "Qoymayın ağlayım məni", 20 Yanvar faciəsi ilə bağlı yazdığı "Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.

Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.

Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!
- yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.

Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi fəxri adlarına layiq görülüb, "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", "İstiqlal" ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri