Icma.az
close
up
RU
Mirzə Fətəli Axundzadənin ərəb qrafikalı əlifbanı dəyişmə cəhdləri

Mirzə Fətəli Axundzadənin ərəb qrafikalı əlifbanı dəyişmə cəhdləri

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 fevral, AZƏRTAC

XIX əsr Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Mirzə Fətəli Axundzadə təkcə dramaturgiya sahəsində deyil, həm də mədəni və ictimai islahatlar sahəsində böyük xidmətlər göstərib. Onun ərəb qrafikalı əlifbanın dəyişdirilməsi ilə bağlı təşəbbüsləri Azərbaycan mədəniyyətinin modernləşməsi yolunda mühüm mərhələ hesab olunur. M.F.Axundzadə 1850-ci ildən, hələ Tiflisdə (indiki Tbilisi) tərcüməçi işlədiyi dövrdə ərəb yazısının Azərbaycan dilinin fonetik tələblərinə uyğunlaşdırılması ideyası üzərində düşünməyə başlamışdı. O, hər bir səslə bir hərfin uyğun gəlməsi prinsipini əsas tuturdu. Axundzadəyə görə, ərəb əlifbasında yalnız üç saitin ifadəsi mümkün olduğu halda, Azərbaycan dilinin fonetik sistemi doqquz sait tələb edirdi. Bu səbəbdən alim səslərin daha dürüst ifadəsi üçün əlifbada islahat aparılmasının vacibliyini irəli sürürdü. Maarifpərvər mütəfəkkir yazını sadələşdirmək, nöqtə və ilmələrdən azad olmaqla oxunuş və yazı prosesini sürətləndirmək niyyətində idi. Onun fikrincə, yazı xəttinin fasiləsiz və aydın olması sözlərin sərhədlərinin dəqiq müəyyənləşdirilməsini asanlaşdıracaqdı.

Bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, türkoloq Güllü Yoloğlunun AZƏRTAC-a təqdim etdiyi “Mirzə Fətəli Axundzadənin ərəb əlifbasını dəyişmə cəhdləri” məqaləsində yer alıb. Məqalədə qeyd olunub ki, 1863-cü ildə Axundzadə İstanbulda olarkən Osmanlı Elm Cəmiyyətində öz layihəsini irəli sürdü. Bu təşəbbüs Osmanlı mətbuatında geniş müzakirələr və fikir ayrılıqları doğurdu. O dövrdə dil və yazı məsələsi yalnız texniki deyil, həm də ideoloji və dini məzmun daşıyırdı. Ərəb dilini və əlifbasını müqəddəs sayan dairələr bu islahatın qəti əleyhinə çıxdılar. Onun ideyasını yalnız görkəmli maarifçi Namıq Kamal müdafiə etdi. Həm Osmanlı dövləti, həm də İran bu təşəbbüsü rədd etdi.

Axundzadə 1878-ci ildə latın əlifbasına əsaslanan, lakin bəzi Kiril elementləri ilə zənginləşdirilmiş bir yazı variantı üzərində çalışıb. O, yeni yazının könüllü şəkildə, mərhələli keçidlə tətbiqini təklif edib. Lakin həmin layihə də Rusiya imperiyası tərəfindən qəbul edilməyib.

Bununla belə, M.F.Axundzadənin təklifləri Azərbaycan ictimai fikrində dərin iz buraxıb. Onun ölümündən sonra, 1886-cı ildə “Qafqaz” qəzetində Mirzə Əliməhəmmədin yazısı, 1898-ci ildə isə Firidun bəy Köçərlinin “Ərəb əlifbası və onun çatışmazlıqları” adlı məqaləsi bu məsələnin aktuallığını qoruduğunu göstərirdi. XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadə isə yazırdı ki, bu “heroqlif” xarakterli yazının latın əlifbası ilə əvəzlənməsi zəruridir.

Ərəb əlifbasının dəyişdirilməsi problemi həm maarif, həm də mədəni inkişaf məsələsi kimi gündəmə gətirilmişdi. Hətta hökumət üzvlərindən biri olan Nəriman Nərimanov bu sistemin qüsurlarını qeyd edir, lakin məsələnin həllini Kiril qrafikalı əlifbanın qəbulunda görürdü. O, dəyişdirilmiş və Azərbaycan fonetikasına uyğunlaşdırılmış əlifba ilə bir sıra əsərlər yazmışdı.

Beləliklə, M.F.Axundzadənin ərəb əlifbasını islah etmə cəhdləri praktiki nəticə verməsə də, Azərbaycan yazı tarixində milli düşüncənin, maarifçilik ideyalarının və modernləşmə hərəkatının əsas başlanğıclarından biri kimi mühüm yer tutur. Onun bu sahədəki fəaliyyəti sonrakı nəsillər üçün intellektual baza yaradıb və XX əsrdə həyata keçirilən latınlaşdırma prosesinə nəzəri zəmin formalaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Fevral 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri