Icma.az
close
up
RU
Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisi, 5 sentyabr, AZƏRTAC

XIX əsrdə Tbilisi bütün Qafqazın inzibati, siyasi və mədəni mərkəzi olmaqla yanaşı, Azərbaycan maarifçiliyinin və dramaturqiyasının da əsas beşiklərindən biri idi. Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, yazıçı və ictimai xadimdi Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı bu şəhərlə qırılmaz tellərlə bağlı olub. M.F.Axundzadə Tbilisidə yaşadığı illərdə 6 komediya yazaraq bünövrəsini qoyduğu milli dramaturgiya ilə Şərq teatr düşüncəsində inqilab edib.

Onun yaradıcılığı Gürcüstanda da böyük maraqla qarşılanıb, əsərləri müxtəlif dillərə tərcümə edilərək qəzet və jurnallarda dərc olunub.

Böyük ədibin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası da bu əsərlərdən biri olub.

Araşdırmaçı jurnalist Nəriman Əliyev AZƏRTAC-a müsahibəsində deyib ki, əsər ilk dəfə 1850-ci ildə Azərbaycan dilində qələmə alınıb. Bir il sonra -1851-ci ildə Tbilisidə dərc olunan “Kavkaz” (Qafqaz) qəzetində müəllifin öz tərcüməsində rus dilində çap olunub. Qəzetdə dərc olunan materialda da bu komediyada yeniliklə köhnəliyin mübarizəsi çox inandırıcı dramatik səhnələrdə təsvir edilib və müəllifin əsərin ideyasını böyük uğurla oxuculara çatdıra bildiyi vurğulanıb.

Tamaşa kimi əsər rus dilində ilk dəfə 1851-ci ildə Sankt-Peterburqda, 1852-ci ildə isə Tbilisi səhnəsində nümayiş etdirilib. Onun sözlərinə görə, Gürcüstan Milli Arxivində M.F.Axundzadənin ədəbi irsinə aid nadir sənədlər var. Ədibin əsərlərinin rus dilindəki orijinallarının və tərcümə nüsxələrinin saxlanılması böyük tarixi və ədəbi əhəmiyyət kəsb edir.

N.Əliyev deyir ki, M.F.Axundzadə komediyalarını Azərbaycan dilində qələmə aldıqdan sonra onları şəxsən rus dilinə tərcümə edir və Tbilisidəki mədəni mühitə, o cümlədən teatr səhnələrinə və dövrün mətbuat orqanlarına teqdim edirdi. Bu baxımdan Gürcüstan Milli Arxivində qorunub saxlanılan və rus dilindəki tam versiyası aşkar olunan əlyazmalar mədəniyyət tariximiz üçün son dərəcə qiymətli mənbədir. O deyib: “Bu cür arxiv tapıntıları bir neçə baxımdan mühüm əhəmiyyətə malikdir. Birincisi, M.F.Axundzadənin öz əsərlərini rus dilinə necə tərcümə etdiyini, işlətdiyi bədii ifadə vasitələrini və tərcümə üslubunu bilavasitə müəllifin öz qələmindən öyrənməyə şərait yaradır. İkincisi, dövrün çar senzurasının əsərə etdiyi qeydləri, dəyişiklikləri və səhnələşdirilmə üçün verilən rəsmi icazə sənədlərini izləməyə imkan verir. Üçüncüsü, XIX əsr Tbilisi ədəbi-mədəni mühitində Azərbaycan dramaturgiyasının tutduğu mövqeyi və bu əsərlərin Qafqaz miqyasında necə qarşılandığını bir daha subut edir”.

Aşkar olunmuş bu tam versiya Axundzadə irsinin qaranlıq qalan məqamlarına işıq salmaqla yanaşı, Azərbaycan-gürcü ədəbi əlaqələrinin dərinliyini göstərən mühüm tarixi faktlardan biridir. N.Əliyevin sözlərinə görə, Gürcüstan Milli Arxivində Azərbaycan ədəbiyyatı, dramaturgiyası, eləcə də siyasi mühiti, ayrı-ayrı bölgələrinə aid çoxsaylı materiallar var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri