Icma.az
close
up
RU
Mirziyoyev İlham Əliyevə uğur arzuladı

Mirziyoyev İlham Əliyevə uğur arzuladı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə COP29 konfransının keçirilməsində böyük uğurlar arzulayıb.

Globalinfo.az xəbər verir ki, bunu Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) sammitində çıxışı zamanı bildirib.

“Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi gələn həftə Bakıda COP29 qlobal sammitinin öz işinə başlaması münasibətilə bir daha səmimi qəlbdən təbrik edir və böyük uğurlar arzulayıram. İqlim dəyişikliyi ilə bağlı kəskin ekoloji problemlərin həlli üçün nazirlər səviyyəsində Türk Ekoloji Şurasının yaradılmasını sürətləndirməyi zəruri hesab edirik. Şuranın ilk görüşünü gələn il Özbəkistanda keçirməyə hazırıq”, – o bildirib.

Bundan əlavə, Özbəkistan lideri gələcəyin iqtisadiyyatının geniş tətbiqinə yönəlmiş Rəqəmsal Türk Dünyası Konsepsiyasının hazırlanması təşəbbüsü ilə çıxış edib:

“Bu konsepsiya IT sahəsində ölkələrimizin qabaqcıl təcrübə və nailiyyətlərinin qarşılıqlı mübadiləsinə, rəqəmsal innovasiya sistemlərinin, böyük data mərkəzlərinin yaradılmasına xidmət edəcək”.

Ş.Mirziyoyev həmçinin təşkilata daxil olan dövlətlərin xarici ticarət dövriyyəsində TDT-nin daxili qarşılıqlı ticarətinin aşağı səviyyədə olduğunu söyləyib:

“İdxalımızın böyük hissəsi üçüncü ölkələrin payına düşür. Bu istiqamətdə vəziyyəti köklü şəkildə dəyişməyin vaxtı gəlib çatıb. İlk növbədə, tarif və qeyri-tarif maneələri aradan qaldırılmalı, ticarət və gömrük prosedurları sadələşdirilməli, elektron ticarət platformalarının inkişafı haqqında konkret sazişlər və razılaşmalar hazırlanmalıdır. Ticarət potensialımızın genişləndirilməsinə yönəlmiş dərin tədqiqatların aparılması üçün yaxın perspektivdə Daşkənd şəhərində aparıcı milli analitik mərkəzlərimizin forumunu təşkil etmək çox aktual olardı”.

Xatırladaq ki, COP29 noyabrın 11-22-də Bakıda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see310

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see281

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see265

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see264

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see257

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see256

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see238

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see223

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see220

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see199

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see184

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri