Mirzoyan: Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın əlaqəsi üçün prosedurları sadələşdirməyə hazırıq
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan öz ərazisi vasitəsilə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqənin qurulması üçün nəzarət prosedurlarını sadələşdirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Azərbaycanın ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa marşrut üzrə keçidi təmin etmək məqsədilə biz müasir mexanizmlərdən istifadəni təklif etmişik. Məsələn, fiziki yoxlamaların minimuma endirilməsi üçün elektron skan sistemlərinin tətbiqini irəli sürmüşük. Həmçinin yüklərin hərəkətinin sürətlənməsi üçün elektron bəyanetmə sisteminin tətbiqini təklif etmişik. Bundan əlavə, keçidin təhlükəsizliyinin təmin olunması üçün sığorta mexanizmlərindən istifadəni də təklif etmişik. Bizə məlum olan ilkin məlumata əsasən, Azərbaycan tərəfinin bu təkliflərə ilkin reaksiyası müsbət olub”,- nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Aprel 2025 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















