Mirzoyan Kallasa Ermənistan Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumat verdi KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cənubi Qafqazın Avropa, Mərkəzi və Şərqi Asiya arasında strateji körpü rolu əsas olaraq qalır.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə birgə mətbuat konfransında bildirib.
“Cənubi Qafqazda təhlükəsizlik sahəsində mövcud vəziyyət kontekstində Kaya Kallasa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə dair son müzakirələr barədə məlumat verdim. Hesab edirik ki, bu proses ölkələrimiz arasında dövlətlərarası münasibətlərin qurulması və davamlı sülh haqqında sazişin tezliklə imzalanmasına gətirib çıxarmalıdır”, – o vurğulayıb.
A.Mirzoyan, həmçinin qeyd edib ki, Ermənistan əvvəlki kimi dialoqu konstruktiv şəkildə irəlilətməyə və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində bütün zəruri prosedurları tamamlamağa hazırdır.
“Ermənistan sülh sazişinin imzalanma yeri və tarixini müəyyən etmək üçün Azərbaycanla müzakirələrə başlamağa hazırdır”, – o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 30 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















