XİN: Azərbaycan Ermənistan münasibətlərinin normallaşması prosesi çox vacib məqamdan keçir
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması prosesi çox vacib məqamdan keçir".
Bunu APA-nın əməkdaşının sualına cavabında Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
"Bildiyiniz kimi, sülh sazişinin mətninin razılaşdırılması prosesi tamamlanıb. Onun imzalanması üçün iki şərt var ki, sülhə zəminin yaradılması üçün bu istiqamətdə konkret addımlar atılmalıdır. Hər hansı sülh mesajları yalnız bu addımlar praktik olaraq reallaşdırıldıqda, konkret tələblər və hər iki tərəfin gözləntiləri yerinə yetirildikdə nəticə verir", - o qeyd edib.

Azərbaycan Ermənistan münasibətlərinin normallaşması İsrailin marağındadır
26 Avqust 2025 20:06
Mirzoyan Kallasa Ermənistan Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumat verdi KONKRET
30 İyun 2025 14:47
“Qərb Ermənistan Azərbaycan münasibətlərinin normallaşması prosesini öz maraqlarına tabe etdirməyə çalışır”
24 İyul 2025 15:09
İlham Əliyev: Ermənistan Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb
21 Avqust 2025 13:01
Ermənistan XİN: Azərbaycanla münasibətlərin normallaşması davam edir
26 İyun 2025 13:41

