Mirzoyan: Öncə dəmir yolu tranzitini bərpa edə bilərik, sonra isə...
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Ermənistan mallarının Azərbaycan ərazisindən tranzitini təşkil etmək olar”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş olduğunu qeyd edib. Mirzoyan bildirib ki, bu, Azərbaycanla münasibətlərin normallaşması prosesində müsbət xəbər hesab oluna bilər.
“Sərhəd var və biz onun harada olduğunu bilirik. Bu, 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilir. Bununla da inzibati sərhədlər dövlət sərhədlərinə çevrilir. Təbii ki, iki ölkənin komissiyaları gələcək delimitasiya və dəqiq demarkasiya üzərində birgə işləməlidirlər”.
Mirzoyan kommunikasiyaların açılması məsələsinə də toxunub.
“Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul sayılacaq qərarlar qəbul edə bilər. Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və ya əksinə, Azərbaycan məhsullarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə dəmir yolu tranzitini bərpa etməyimiz və onu tədricən genişləndirməyimiz mümkündür”.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 Dekabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















