Icma.az
close
up
RU
Məzuniyyətlə bağlı yeni qaydalar müəyyən edilir

Məzuniyyətlə bağlı yeni qaydalar müəyyən edilir

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məzuniyyətlə bağlı yenin qaydalar müəyyən edilir.

Redaktor.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Müzakirəyə çıxarılan Qanun layihəsində təklif olunan dəyişiklik bu məsələni sistemli şəkildə həll edir:

“Əmək Məcəlləsinin 134-cü maddəsi yeni redaksiyada verilir və məzuniyyətin başqa vaxta keçirilməsinin bütün halları dəqiq sadalanır: işçinin xəstəliyi, məzuniyyətin sosial məzuniyyətlə üst-üstə düşməsi, ezamiyyət, istehsal zərurəti zamanı — yalnız işçinin razılığı ilə, hərbi vəziyyət dövründə səfərbərlik tapşırıqları və tərəflərin qarşılıqlı razılığı ilə məzuniyyət bir vaxtdan başqa vaxta keçirilə bilər.

Məzuniyyətin İstifadə edilməyən hissəsi yalnız tərəflərin razılığı ilə növbəti ilin məzuniyyətinə birləşdirilə bilər.

Kompensasiya məsələsində iki prinsip müəyyən edilir. Birincisi, istifadə edilməmiş və növbəti ilə keçirilməmiş məzuniyyət günləri üçün işçinin yazılı və ya elektron ərizəsi əsasında kompensasiya ödənilir — həmin günlər artıq itirilmir.

İkinci vacib dəyişiklik ondan ibarətdir ki, məzuniyyətin qanunla müəyyən edilmiş 21 günlük minimum müddəti pulla əvəz edilə bilməz; bu, yalnız əmək müqaviləsi ləğv edilərkən mümkündür. Başqa sözlə, işçinin istirahət hüququ pulla alınıb-satılan əmtəəyə çevrilmir, insanın sağlamlığı və ailəsi üçün vaxt qorunur.

Əmək müqaviləsi ləğv edilərkən kompensasiya artıq yalnız əsas deyil, əlavə məzuniyyətlərə görə də ödəniləcək. Eyni qaydalar gömrük, vergi və daxili işlər orqanlarında xidmət edənlərə də şamil edilir.

Ədalətli keçid üçün layihədə xüsusi müddəa var: minimum müddətin kompensasiya ilə əvəz edilməsi qadağası qanun qüvvəyə minənədək başa çatmış iş illərinə şamil edilmir. Yəni işçilərin artıq qazanılmış hüquqları qorunur.

Layihənin müddəaları mərhələli şəkildə qüvvəyə minir ki, həm işəgötürənlər, həm də dövlət qurumları yeni qaydalara hazırlaşmaq imkanı qazansın:

- məzuniyyət və kompensasiya qaydaları — qanun dərc edildiyi gündən;

- uşağa qulluğa görə sosial məzuniyyət və müavinətlər, Naxçıvan üzrə subsidiya — 2027-ci il yanvarın 1-dən;

- saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı — 2027-ci il martın 1-dən;

- əməkhaqqının elektron sistem vasitəsilə nağdsız ödənilməsi — 2027-ci il aprelin 1-dən”.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:23
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Noyabr 2026 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri