Icma.az
close
up
RU
Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Icma.az, Bizim media saytına istinadən bildirir.

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır.
Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı əmlak eksperti Şahin İbadoğlu “Trend.az”a açıqlamasında bu barədə danışıb. O bildirib ki, sənədsiz yaşayış evlərinin kommunal xidmətlərə qoşulması məsələsində tikilinin hüquqi statusu və mövcud sənədləri əsas rol oynayır.
Onun sözlərinə görə, yaşayış evinin çıxarışının, yəni kupçasının olmaması bütün hallarda həmin evin kommunal xidmətlərə qoşulmasının mümkünsüzlüyü demək deyil:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Qaz təchizatı sisteminə dair Qaydalar’ın 53.2.4-cü yarımbəndinə əsasən, qaz şəbəkəsinə qoşulma zamanı yalnız tikilinin çıxarışı deyil, tikinti obyektinə və ya onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu, yaxud digər əşya hüququnu təsdiq edən sənədlər də nəzərə alınır. Vətəndaşın yaşayış evinə çıxarışı olmasa belə, tikilinin özünə və ya yerləşdiyi torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə cavab verən hüquqmüəyyənedici sənədləri varsa, qaz təchizatı şəbəkəsinə qoşulmaq üçün müraciət edə bilər”.
Ekspert qeyd edib ki, həmin Qaydaların 54-cü hissəsində ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə yerləşən tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması proseduru da müəyyənləşdirilib. Bu zaman müvafiq sənədlər təqdim edilməli, texniki şərtlər alınmalı, qaz təchizatı layihəsi hazırlanmalı və təhlükəsizlik tələblərinə əməl olunmalıdır.
Ş.İbadoğlu vurğulayıb ki, bu müddəalar heç bir hüquqi əsası olmayan tikililərin avtomatik qazlaşdırılması demək deyil:
“Xüsusilə mühafizə zonalarında, kommunikasiya xətlərinin üzərində və tikinti aparılması qadağan edilən ərazilərdə yerləşən evlərə münasibətdə qanunvericiliyin məhdudiyyətləri nəzərə alınmalıdır. Eyni zamanda, kommunal xidmətlərdən istifadə tikiliyə mülkiyyət hüququ yaratmır və onun qanuniləşdirilməsi kimi qiymətləndirilə bilməz”.
Onun fikrincə, əsas yanaşma sənədsiz evləri ümumilikdə qanunsuz hesab etmək deyil, hər bir tikilinin hüquqi vəziyyətini fərdi qaydada araşdırmaq olmalıdır.
“Vətəndaşın torpaq sahəsi və ya tikili üzərində qanuni hüquqları mövcuddursa və texniki təhlükəsizlik tələbləri təmin edilirsə, kommunal xidmətlərə qoşulma məsələsinə qanunvericilik çərçivəsində baxılması mümkündür”, – deyə ekspert əlavə edib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Noyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri