Icma.az
close
up
RU
Mirzoyanın “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır XİN

Mirzoyanın “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır XİN

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında "Qərbi Azərbaycan İcması" və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır.

Milli.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı "Qərbi Azərbaycan İcması" ilə bağlı səsləndirilən iddialara dair şərhində deyib.

"Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib.

Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.

Sonuncu deportasiya zamanı, guya azərbaycanlılara qarşı kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır. Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib.

Qeyd edilənlər xüsusunda, Ermənistanın Azərbaycanın "Qərbi Azərbaycan İcması" ifadəsindən istifadə olunmasını "beynəlxalq hüquq pozuntusu", "ərazi iddiası" kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini "erməniləşdirmək" və Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir.

Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan ərazilərinin işğalını "600 illik problemin həlli" olduğunu bildirmiş keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki, irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib.

Qeyd edilənlərlə yanaşı, 2020-ci il müharibəsindən sonra Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur.

Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş "Qərbi Azərbaycan İcmasının" nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın "etnik uyğunsuzluq" konsepsiyasından və "etnik təmizləmə əsasında monoetnik dövlət titulu"ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz "Qərbi Azərbaycan İcmasının" üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər", - Xİn rəsmisi bildirib.
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Yanvar 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see198

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see194

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see159

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see135

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri