Mişanın hakimiyyət dövrü araşdırılır: yeni cəzalar olacaq
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tiflis parlamentdə sistem pozuntularını öyrənmək və keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyətini qiymətləndirmək üçün istintaq komissiyası yaradacaq.
Axar.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
“Sistem pozuntularının araşdırılması və rejimin qiymətləndirilməsi məqsədilə Gürcüstan parlamentində yaz sessiyasının ilk həftəsində 2003-2012-ci illərdə qüvvədə olan rejimin və siyasi vəzifəli şəxslərin fəaliyyətinin öyrənilməsi üzrə müvəqqəti istintaq komissiyası yaradılacaq. Komissiya 6 ay işləyəcək, hesabat hazırlayacaq və Gürcüstan parlamenti sentyabrda parlamentin iclasının ilk həftəsinə kimi həmin hesabata baxıb təsdiq edəcək”, - o bildirib.
O əlavə edib ki, təsdiq edilmiş hesabat Gürcüstan qanunvericiliyinə uyğun olaraq sonrakı tədbirlərin görülməsi və günahkarların cəzalandırılması məqsədilə Gürcüstan Prokurorluğuna və digər aidiyyəti qurumlara göndəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 09 Yanvar 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















