Mişel Obamanın çox arıqlamasının səbəbi nədir? FOTO
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ-ın sabiq birinci xanımı Mişel Obama son vaxtlar çox arıqlaması ilə gündəmə gəlib. İnternet istifadəçilərinin bir çoxu onun “Ozempic” preparatı qəbul etməsindən şübhələnir.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Page Six” nəşri yazıb.
61 yaşlı Mişel Obama şəxsi bloqunda fotoqraf Anni Leyboviçlə fotolarını paylaşıb. Barak Obamanın həyat yoldaşı boz topdа, qəhvəyi kəmərli göy cins şalvarda və dabanlı çəkmələrdə poza verib. İnternet istifadəçiləri qeyd ediblər ki, sabiq birinci xanım son vaxtlar çox arıqlayıb və yəqin ki, bunu “Ozempic” preparatı vasitəsilə edib.
“Buna “Ozempic” deyərlər”, “Yaxud şəxsi məşqçi və ciddi pəhriz, hərçənd yox, daha asanı “Ozempic”dir”, – deyə “X” istifadəçiləri yazıblar.
Lakin Mişel Obamanın özü pərəstişkarların ehtimallarına hələ münasibət bildirməyib.
O, oktyabrda etiraf edib ki, yaşlandığını qəbul edib, lakin ağ saçlarını boyamağa davam edir.
“Mən ağ saçlarıma görə üz-gözümü turşutmuram, amma onları boyayıram! Anam da belə idi. O, ölənə qədər saçlarını boyamışdı. Sağlamlığım həmişə birinci yerdə olub. Yediklərim, məşqlər, mütəmadi olaraq həkimə getmək – bütün bunlar yaşımın bu dönəmindən zövq almağıma imkan verir. Mən həmişəki kimi, həyat eşqi ilə doluyam”, – deyə xamın Obama bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 25 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















