Misilsiz duyğudur... Hikmət Hacıyev Şuşadan paylaşım etdi
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan paylaşım edib.
O, bu barədə “X” hesabında yazıb.
“Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. Altı il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, müdrik liderliyi ilə və şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad edildi, otuz ilə yaxın davam edən Qarabağ və Şuşa həsrətinə son qoyuldu.
Bu gün doğma Şuşada qalib dövlətin vətəndaşı kimi dayanmaq misilsiz bir duyğudur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Qarabağ Azərbaycandır!” – deyə H.Hacıyev qeyd edib.
Post navigationZəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. Altı il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli,müdrik liderliyi ilə və şəhidlərimiz qanı bahasına torpaqlarımız işğaldan azad edildi, otuz ilə yaxın davam edən Qarabağ və Şuşa həsrətinə son qoyuldu. Bu gün doğma Şuşada qalib dövlətin vətəndaşı kimi dayanmaq misilsiz bir duyğudur. Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır! #Azərbaycan #AliBaşKomandan #Zəfər
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 7, 2026
Previous: İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 Noyabr 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















