Misir Prezidenti: Süveyş kanalı iqtisadi regionunda ABŞ sənaye zonasının yaradılmasını gözləyirik
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qahirə, 27 may, AZƏRTAC
Misir Süveyş kanalı iqtisadi regionunda ABŞ sənaye zonasının yaradılmasını səbirsizliklə gözləyir. Rəsmi Qahirə amerikalı investorlara bütün lazımi güzəştləri təqdim etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Misir-ABŞ İqtisadi Forumunda iştirak edən amerikalı biznesmenlərdən ibarət nümayəndə heyəti ilə görüşündə deyib.
Misir dövlət başçısı, həmçinin diqqətə çatdırıb ki, iri bazar imkanlarına malik, ərəb regionuna və Afrikaya qapı olan ölkəsi ABŞ sənayesi üçün “böyük sənaye mərkəzi” olmaq istəyir. Prezident ölkəsinə xarici investisiyaların cəlbi üçün bütün zəruri qanunvericilik islahatlarının aparıldığını deyib.
Qeyd olunub ki, Misirdə 1800-dən çox ABŞ şirkəti mövcuddur. Onların son iki onillik ərsində sərmayələrinin ümumi həcmi 47 milyard dolları keçir. Bu şirkətlər, əsasən energetika, sənaye, İKT, maliyyə, səhiyyə sahələrində fəaliyyət göstərirlər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 27 May 2025 05:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















