Icma.az
close
up
RU
Misir Türkiyənin Qəzzada sabitliyin möhkəmləndirilməsində beynəlxalq səylərə dəstəyini gözləyir

Misir Türkiyənin Qəzzada sabitliyin möhkəmləndirilməsində beynəlxalq səylərə dəstəyini gözləyir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qahirə, 25 oktyabr, AZƏRTAC

Misir Türkiyənin noyabrda Şarm əl-Şeyxdə keçiriləcək Qəzzanın bərpası konfransında fəal iştirakını və Qəzzanın yenidən qurulması, bölgədə sabitliyin möhkəmləndirilməsi istiqamətində beynəlxalq səylərə dəstəyini gözləyir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidanla bu gün baş tutan telefon danışığı zamanı Misirin xarici işlər naziri Bədr Əbdülati deyib.

Tərəflər telefon danışığında Şarm əş-Şeyxdə keçirilən Sülh Sammitinin nəticələrini və ABŞ Prezidentinin planına əsasən Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı əldə olunan razılaşmanı müzakirə ediblər.

Eyni zamanda, telefon danışığında iki ölkə arasındakı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, həmçinin ortaq maraq doğuran regional hadisələrin gedişi müzakirə olunub.

Misirin xarici işlər naziri Qəzza razılaşmasının bütün maddələrinin tam şəkildə icra edilməsinin, atəşkəsin davamlı olmasının və humanitar və tibbi yardımın bölgəyə çatdırılmasının təmin edilməsinin vacibliyini qeyd edib. O, həmçinin razılaşmanın mərhələlərinin monitorinqi prosesində Misir və Türkiyə arasında mövcud olan koordinasiyanın həm regional, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində əhəmiyyətini vurğulayıb.

Nazirlər Misir və Türkiyə arasında ikitərəfli əlaqələrin inkişaf istiqamətini müzakirə ediblər və iki dost ölkənin münasibətlərin müsbət dinamika üzərində qurulmasına, həmçinin siyasi, iqtisadi və investisiya sahələrində əməkdaşlıq mexanizmlərinin gücləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see300

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see186

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see156

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see123

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see120

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see120

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri