Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

Misir üç ölkənin vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirib

Misir üç ölkənin vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 noyabr, AZƏRTAC

Misir hakimiyyəti Tacikistan, Qırğızıstan və Türkmənistan vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirib. Yeni tələblərin noyabrın 1-dən qüvvəyə mindiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Misir Turizm və Qədim Abidələr Nazirliyindən Turizm Şirkətləri və Agentlikləri Palatasına rəsmi bildiriş daxil olub. Palatanın turizm şirkətlərinə ünvanladığı məktubda qeyd olunub ki, adıçəkilən üç ölkənin vətəndaşları üçün əvvəllər tətbiq edilən bütün xüsusi güzəştlər ləğv edilib. Bundan sonra həmin ölkələrin vətəndaşları Misirə səfər etməzdən əvvəl viza almalı və müəyyən edilmiş əlavə tələblərə əməl etməlidirlər. Yeni qaydalara əsasən, 16-40 yaş aralığında olan şəxslər Misirə yaxın ailə üzvlərindən biri – ata, ana, həyat yoldaşı və ya övladları ilə birlikdə səfər etməlidirlər.

Bundan başqa, hər bir gələn şəxsin üzərində ən azı 3 min ABŞ dolları, ailə ilə səfər edənlərin isə ümumilikdə ən azı 5 min dollar nağd pul olmalıdır. Adıçəkilən ölkələrdən gələnlərin telefon nömrələri, o cümlədən Misirdə əldə etdikləri telefon nömrələri onları qəbul edən turizm şirkətində qeydiyyata alınmalıdır. Tələblərə görə, turizm şirkətləri gələn qruplar üçün əvvəlcədən müəyyən edilmiş səfər proqramı hazırlamalıdırlar. Şirkətlərə turistlərin pasportlarını ölkəyə daxil olduqdan sonra müvəqqəti götürmək və yalnız ölkədən çıxarkən geri qaytarmaq səlahiyyəti də verilib.

Misirin Pasportlar, İmmiqrasiya və Vətəndaşlıq üzrə Baş İdarəsi ölkəyə daxil olan ailə başçısının pasportuna digər ailə üzvlərinin məlumatlarını təsdiq edən müvafiq qeydlər vuracaq. Ailə başçısı ölkəni tərk edərkən qeydiyyata alınmış bütün ailə üzvlərinin onunla birlikdə olmasını təmin etməlidir. Həmçinin turizm şirkətləri təsdiq edilmiş proqram üzrə müəyyən edilmiş vaxtda ölkəni tərk etməyən hər hansı turist barədə aidiyyəti dövlət qurumlarına dərhal məlumat verməlidirlər.

Yeni qaydalar Tacikistan, Qırğızıstan və Türkmənistan vətəndaşlarının Misirdə olduqları müddətdə turist vizasının başqa məqsədlər üçün nəzərdə tutulan viza növünə dəyişdirilməsi ilə bağlı müraciətlərinin qəbul edilməsini də qadağan edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri