Misir və Rusiya prezidentləri arasında telefon danışığı olub AzPolitika onlayn siyasi ictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Misir liderinin ofisi məlumat yayıb.
“Danışıqlar zamanı tərəflər Misir və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi yollarını, xüsusən Süveyş kanalı sahillərində Rusiya sənaye zonası layihəsini, həmçinin “Əl-Dəbaa” AES-in tikintisini müzakirə ediblər”, - Misir prezidentinin rəsmi nümayəndəsi Məhəmməd əş-Şinavi sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, iki ölkə liderləri Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib və bir sıra mövzulara, o cümlədən Qəzza zolağında atəşkəs razılaşmasına, Livan və Suriyadakı mövcud vəziyyətə toxunublar.
Əş-Şinavi bildirib ki, tərəflər həmçinin bir sıra məsələləri, o cümlədən Ukraynadakı münaqişə zonasında baş verən son hadisələri müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 Yanvar 2025 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















