Misirdə böyük neft qaz yatağı tapılıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qahirə, 21 may, AZƏRTAC
Misirdə Qərbi Səhrada böyük neft-qaz yatağı aşkar edilib. Bu, 15 il ərzində tapılan ən böyük yataqdır.
AZƏRTAC xəbər verir ki, bu, Misirin Neft və Mineral Sərvətlər Nazirliyinin bəyanatında qeyd olunub.
Nazirliyin yaydığı məlumata görə, ilkin hesablamalara əsasən, yeni yatağın ehtiyatları təxminən 330 milyard kubfut təbii qaz, 10 milyon barel kondensat və xam neft olmaqla, ümumilikdə, 70 milyon barel neft ekvivalenti həcmində qiymətləndirilir.
Yeni yataq Misir Dövlət Neft Korporasiyası ilə İtaliyanın “Eni” şirkətinin birgə investisiya qurumu olan “Agiba Petroleum” tərəfindən aşkarlanıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:Misirdə yeni neft yatağı aşkarlandı
30 Yanvar 2025 19:05
Misirdə yeni təbii qaz ehtiyatları tapılıb
18 Noyabr 2025 18:38
Misirdə Nil deltası bölgəsində yeni qaz yatağı aşkarlanıb
02 May 2026 19:05
Misirdə qızılla örtülmüş mumiya tapılıb
20 Fevral 2026 20:23
Misirdə yeni arxeoloji abidələr tapılıb
31 May 2026 19:37
Baxış sayı:90
Bu xəbər 21 May 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















