Misli görünməyən sığorta fırıldaqçılığı: Ayı kostyumlu 4 nəfər həbs olundu FOTO
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
ABŞ-da misli görünməyən sığorta fırıldaqçılığına əl atan şəxslər “Ayı pəncəsi” adlı əməliyyatla yaxalanıb.
Publika.az xəbər verir ki, yanvar ayında 4 şübhəli sığorta şirkətinə müraciət edərək avtomobillərinə ayının hücum etdiyini bildiriblər.
İddialarını sübut etmək üçün onlar təhlükəsizlik kamerasının görüntülərini sığorta şirkəti ilə paylaşıblar. Sözügedən görüntüdə “heyvan”ın “Rolls Royce”un ön oturacağına dırmaşaraq lüks avtomobilə zədələyici hərəkətlər etdiyi görünür.
Lakin səs yazısı şübhə doğurduqdan sonra sığorta şirkəti Kaliforniyadakı səlahiyyətlilərlə əlaqə saxlayıb. Axtarış əmrindən sonra keçirilən reyd zamanı şübhəlilərdən birinin evindən ayı geyimi aşkar edilib.
Kaliforniya Sığorta İnstitutundan verilən açıqlamada bildirilib ki, videonun əlavə tədqiqi nəticəsində “ayı”nın əslində ayı kostyumu geyinən şəxs olduğu müəyyən edilib.
Dörd şübhəlinin sığorta tarixçələri üzərində aparılan araşdırmalar da oxşar cəhdləri üzə çıxarıb. Şübhəlilərin daha əvvəl ayı hücumu iddiası ilə digər iki sığorta şirkətinə müraciət etdikləri müəyyən edilib.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 15 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















