Misli Premyer Liqası: Turan Tovuz Zirə ni, Sabah isə Araz Naxçıvan ı qəbul edəcək
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Misli Premyer Liqasında XXV tur çərçivəsində daha iki görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə "Turan Tovuz" "Zirə" ilə saat 17:30-da, "Sabah" isə "Araz-Naxçıvan"la saat 19:30-da üz-üzə gələcək.
Xatırladaq ki, turun digər oyunlarında "Qarabağ" "Sumqayıt"ı, "Şamaxı" isə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. XXV tura martın 5-də keçiriləcək "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, hazırda aktivində 60 xalı olan "Qarabağ" turnir cədvəlinin vahid lideridir. Hərəyə 45 xalı olan "Zirə" ilə "Araz-Naxçıvan" ikinci-üçüncü pillələri bölüşür. Aktivində 42 xalı olan "Turan Tovuz" dördüncü sırada qərarlaşıb. "Sabah" 33 xalla beşinci, "Neftçi" 27 xalla altıncıdır. Yeddinci pillədəki "Şamaxı"nın 24 xalı var. Rəqibindən iki xal geri qalan "Sumqayıt" səkkizinci pillədədir. "Kəpəz" 19 xalla doqquzuncu, "Səbail" isə 18 xalla 10-cudur (sonuncu).
4 mart
Misli Premyer Liqası
XXV Tur
Saat 17:30, "Turan Tovuz" - "Zirə";
Saat 19:30, "Sabah" - "Araz-Naxçıvan".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Mart 2025 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















