Icma.az
close
up
RU
Missiya yazıçı

Missiya yazıçı

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Asya HACIZADƏ
Əməkdar jurnalist 

Bu il görkəmli Azərbaycan alimi, tərcüməçi, publisist, müəllim və yazıçı Əlibala Hacızadənin anadan olmasının 90 illiyi tamam oldu. 

Haqq dünyasına köçərkən bəzi insanlar ürəklərdə və yaddaşlarda təkrarsız və silinməz iz qoyurlar. Əlibala Hacızadə də məhz belə nadir insanlardan idi. O, bir ömürdə bir neçə ömür – yazıçı, şair, tərcüməçi, alim, pedaqoq ömrü yaşasa da, onun bir siması var idi. 

Əlibala müəllim Azərbaycan kəndlərinin birində məktəb müəllimlərinin ailəsində dünyaya gəlmişdi. İkinci Dünya müharibəsi, valideyn itkisi onun erkən yaşında mənəvi yetişməsinə, insan təbiətinin dərin qatlarını dərk etməsinə səbəb olmuşdu. İlk pyesini hələ 6-cı sinifdə yazmış və sinif yoldaşları ilə birlikdə səhnələşdirmişdi. Yazıçının “Yada düşdü” ilk hekayəsi universitetin divar qəzetində dərc olunmuş və gənc yazarın fitri istedadına diqqəti çəkmişdi. İlk şeirləri isə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuşdu. 

Lakin ona əsl şöhrət gətirən və tanıtdıran “Təyyarə kölgəsi” romanı oldu. Roman məzmunu və özünəməxsus yazılış üslubu ilə ənənəvi əsərlərdən fərqlənirdi. 

Bu, yaxşı mənada, səs-küy salmış romanda Əlibala Hacızadə əxlaq, insan təbiəti, elmi mühitdə və ümumiyyətlə, cəmiyyətdə yer tutan konformizm məsələlərinə toxunub. Həyatın bütün sınaqlarından keçərək özünə xəyanət etməyən, şərəf və ləyaqətini qoruyan insanları təsvir edib. Bu, yaşadığımız dövrün diktə etdiyi reallığının yeni səviyyədə dərk edilməsi idi. Bu baxımdan, roman Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirmiş, böyük əks-sədaya səbəb olmuşdu. Roman haqqında sonralar da az danışmadılar. Onun işıq üzü görməsi özü-özlüyündə təəccüb doğururdu. Axı yazıçı bu əsərdə yalnız müasirlərinin həyatını qələmə almamışdı, eyni zamanda illər sonra baş verəcək geosiyasi proseslərin işartılarını özünəməxsus həssaslıqla sızdıra bilmişdi. 

Əlibala Hacızadənin Əfqanıstandakı dördillik xidməti – hərbi tərcüməçi kimi ezamiyyəti – izsiz ötüşmədi. Bu uzunmüddətli səfərin nəticəsində məşhur “İtkin gəlin” trilogiyası yarandı. Yazıçı oxucuları Əfqanıstan mühitinə apararaq bu ölkənin həyatını və mədəniyyətini tanıtdı. Əsərlərdə emosional dərinlik heyrətamiz süjet, realistik təsvirlər və güclü yaddaqalan obrazlarda öz əksini tapmışdı ki, bunlar da oxucularda empatiya hissi oyadırdı. Əlibala müəllimin nəsri daima həyatın özü, insan xisləti, insanın yer üzündə missiyası barədə düşüncələr idi. 

Yazıçının əsərləri o qədər oxunaqlı və məşhur idi ki, Ümummilli lider Heydər Əliyevin şəxsi göstərişi ilə onun kitabları bir neçə dəfə yüz min tirajla çap olunmuş, bu da həmin dövr üçün görülməmiş hadisə və inanılmaz uğur idi. Milyonlarla oxucunun sevgisi və səmimi rəqbəti onun üçün həm yazıçı, həm də təvəzökar bir insan kimi ən ali mükafat idi. O, müxtəlif səbəblərə görə başqalarının susduğu mövzuları qaldırmağı bacarırdı.

Əlibala Hacızadə elə yazıçı idi ki, hər kitabı ölkənin mədəni həyatında hadisəyə çevrilirdi. Onun romanları özü kimi möhtəşəm cazibə qüvvəsinə malik idi. Bu cazibə zamanla itmirdi - əsərlərini oxuyan hər kəs əvvəlki kimi qala bilmir, daha saf, daha səmimi olmaq istəyirdi. 

Əlibala Hacızadənin həyatı heç də asan olmayıb. O, hadisələrlə, qazanclarla, itkilərlə, yüksəlişlərlə və enişlərlə dolu bir həyat yaşayıb. Lakin o, heç vaxt istedad və şərəf zirvəsindən enməyib... 

Əlibala Hacızadə həm də nurlu, gülərüz, müdrik insan, maraqlı və hazırcavab həmsöhbət kimi xatırlanır. O, “bürünc heykələ dönmüş klassik” kimi görünməsə də, əsl klassik idi. Onda gənclik həvəsi vardı və bu həvəs yaşa dolandan sonra da qorunub saxlanılmışdı. 

Müdriklik, yüksək insani keyfiyyətlər, zəka, həssas daxili aləm və daxili azadlıq – yazıçının bu xüsusiyyətlərini dəyərləndirməmək mümkün deyil.

Əlibala müəllim böyük şəxsiyyət idi və öz mənəvi zənginliyi ilə bir dövrü zənginləşdirdi, ölkəmizin mədəniyyətinə böyük töhfələr verdi. Belə insanlar xalqın əsl intellektual sərvətidir! 

Əlibala Hacızadənin yaradıcılığı, zəngin parlaq həyatı təkcə bir dövrün səsi deyil, həm də o dövrün nəslinə həsr olunmuş bir himndir. Təəssüf ki, bu nəsil bizdən surətlə ayrılır... Yazıçının özü isə inanırdı ki, fiziki ölümündən sonra da əsərlərı ilə yaşayacaq... 

Əilbala Hacızadənin fitri istedadı və insani nuru Azərbaycan ədəbiyyatı səmasında 50 il ərzində parladı. Bu işıq Ustadın haqq dünyaya qovuşmasından illər keçsə də, hələ də parlayır və uzun illər də parlayacaq! 

Sevgi ilə xatırlayırıq! 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see422

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see365

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see261

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see249

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see228

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see224

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see217

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see214

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see212

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see210

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see190

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see187

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see180

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see176

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see175

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see173

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see172

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see170

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see163

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri