Icma.az
close
up
RU
Missiyalarımızı uğurla tamamladıq: Mən sağlamlığımı, oğlum isə canını qurban verdi Çernobıl əlili

Missiyalarımızı uğurla tamamladıq: Mən sağlamlığımı, oğlum isə canını qurban verdi Çernobıl əlili

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 26 aprel, Göyçək Mahmudlu, AZƏRTAC

Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verəndə Ukraynanın Lvov şəhərində üç ay idi ki, həqiqi hərbi xidmətdə idim, 18 yaşım vardı. Yadımdadır, təcili sürətdə bizi əraziyə gətirib sakinlərin təxliyəsini tapşırdılar. Hadisə barədə çox məlumat verilmirdi, lakin ciddi və təxirəsalınmaz tədbirlər görülürdü. Təbii ki, verilən tapşırıqları canla-başla yerinə yetirirdik, qarşıda bizi nələrin gözlədiyini isə heç təxmin belə etmirdik. Daha çox yaşca bizdən böyük olanlar aylarla Çernobılda gedən proseslərin yaxşın iştirakçısı oldular. Mən isə cəmi iki həftə ərzində həm təxliyə tədbirlərinə qoşuldum, həm də əhalinin əraziyə yenidən qayıtmaması üçün Pripyat və Çernobıl şəhərlərinin də daxil olduğu 30 kilometrlik radiusda yaradılan “təcrid zonası”nda keşik çəkdim. On üç günün fəsadları sonradan üzə çıxmağa başladı, özü də çox ağır şəkildə…

Bunu AZƏRTAC-a müsahibəsində ikinci qrup Çernobıl əlili Bərxudar Nağıyev deyib.

B.Nağıyevin sözlərinə görə, güclü şüalanma onun sağlamlığında mənfi təsirlərlə yanaşı, ailə üzvlərinə də təsirsiz ötüşməyib. Buna baxmayaraq, ölkəmiz adına bəşəriyyətin bəladan xilası üçün çalışmağın, vacib missiyanı uğurla tamamlamağın və insanlığa fayda verməyin qürurunu yaşayır.

“Çernobılçılar çox vətənpərvərdirlər. Onlardan bir qismi Birinci Qarabağ döyüşlərində iştirak etdi, şəhid ya qazi oldu, bir qisminin isə övladları Vətən müharibəsi şəhidi ya qazisidir. Mənim övladlarımdan biri – Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Yusif Nağıyev Vətən müharibəsi şəhididir. Aprel döyüşlərinin də iştirakçısı olan Yusif 44 günlük müharibədə 25 gün ən qaynar nöqtələrdə döyüşüb, Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonları uğrunda savaşlarda xüsusi rəşadət, şücaət və qorxmazlıq nümayiş etdirib. O, döyüşməklə yanaşı, silah yoldaşlarına olan vəfa borcunu da layiqincə yerinə yetirib. Güllələrin yağış kimi yağdığı məqamlarda belə şəhid və yaralıların döyüş meydanlarından çıxarılmasında xüsusi şücaət göstərib. Hadrut istiqamətində gedən döyüşlərdə yüksəkliklərin azad edilməsində və düşmən hücumlarının qarşısının alınmasında Yusifin əvəzsiz xidmətləri olub. Arzusu Şuşaya qədər getmək olsa da, çox təəssüf ki, oktyabrın 21-də Şuşanın bir addımlığında - Xocavəndin Tuğ kəndində qızğın döyüşlərdə şəhadətə yüksəldi. Şəhid olduqdan sonra Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Rəşadət” ordeni, “İgidliyə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildi. Özündən yadigar Aqşin adında bir oğlu qalıb. Onu da atası kimi qəhrəman, vətənpərvər yetişdirəcəyəm. Fəxr edirəm ki, mən də, oğlum da üzərimizə düşən missiyanı layiqincə yerinə yetirdik. Mən sağlamlığımdan keçdim, o isə canını qurban verdi...”, - deyə B.Nağıyev fikirlərinə yekun vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri