Icma.az
close
up
RU
Mitinqlərdə Avropa İttifaqının açıqaşkar təxribatçı rolu görünür

Mitinqlərdə Avropa İttifaqının açıqaşkar təxribatçı rolu görünür

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Son yeddi gündür ki, Gürcüstanda etiraz mitinqləri davam edir. Bu gecə digərlərinə nisbətən daha sakit keçsə də, 18 nəfər həbs olunub. Gürcüstanda baş verən etirazlarla bağlı xarici ölkələrdən ciddi tələblər gəlir. Artıq Ukrayna Gürcüstan siyasi rəhbərliyindən on doqquz nəfərə qarşı sanksiya tətbiq etdi. Eyni zamanda ABŞ dövlət katibi də Gürcüstana qarşı sanksiya tətbiq ediləcəyini elan edib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov deyib.

O bildirib ki, Gürcüstanda mitinqlər davam edir, lakin nisbətən azalma müşahidə olunur: “Bu mitinqlərdə Avropa İttifaqının açıq-aşkar təxribatçı rolu görünür. Onların Gürcüstan müxalifətinə göndərdiyi 100 milyon avro pul öz işini görür. Mitinq nümayəndələri xüsusi təyinatlılara qarşı müxtəlif vasitələrdən istifadə edirlər. Yəni, onların mitinq nümayəndələri prosesin gərginləşməsi üçün əllərindən gələni edir. Son günlər isə prezidentin çağırı ilə məktəblilər də mitinqlərə cəlb olunub. Bu isə özlüyündə olduqca ağır, cinayət xarakterli hadisədir. Hesab edirəm ki, Gürcüstan hakimiyyəti əlində olan qanuni vasitələrdən istifadə edərək mitinqlərin qarşısını ala biləcək.

Gürcüstanda mitinqlərə səbəb olan, əhalini meydanlara sürükləyən əsas məqam Gürcüstanın baş nazirinin noyabrın 28-də verdiyi bəyanat oldu. Belə ki, bəyanatda Avropaya inteqrasiya prosesinin dayandırılmasını bildirməsi oldu. Bu da ciddi etirazlara səbəb oldu. Zənnimcə, bu düşünülməmiş addım idi. Buna görə də etirazlar hələ də davam edir. Lakin istərdik ki, qonşu Gürcüstanda sabitlik hökm sürsün”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri