Mixail Kavelaşvili: Avrointeqrasiya kursunu spekulyasiyalara qarşı müdafiə etmək borcumuzdur
Icma.az, Report.az saytına istinadən bildirir.
Gürcüstan Prezidenti Mixail Kavelaşvili “Səfirlər Konfransı 2024” çərçivəsində avrointeqrasiya və qərbyönümlü siyasət məsələləri ilə bağlı açıqlamalar verib.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, Prezident vurğulayıb ki, Gürcüstanın konstitusiya ilə təsbit edilmiş qərbyönümlü siyasəti son dövrlərdə daxili və xarici spekulyasiyalara məruz qalıb.
"Bu cür manipulyasiyalar cəmiyyətin qütbləşməsinə səbəb olur və ölkənin maraqlarına ziyan vurur. Hazırkı dezinformasiya kampaniyalarına baxmayaraq, Gürcüstan avrointeqrasiya yolunda möhkəm irəliləyir. 2028-ci ilə qədər Assosiasiya Sazişinin 90%-dən çoxunu həyata keçirəcəyik və 2030-cu ilə qədər Avropa İttifaqına üzvlüyə tam hazır olacağıq”, - Prezident qeyd edib.
O, həmçinin ABŞ ilə strateji tərəfdaşlığın gücləndirilməsinin və qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Ermənistan və Türkiyə ilə sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
Bundan başqa, Gürcüstanın regionda sülh və sabitlik üçün səylərini artıracağı bildirilib.
“Bizim vəzifəmiz, xalqımız üçün təhlükəsizlik, iqtisadi rifah və Avropa strukturlarına inteqrasiyanın uğurla həyata keçirilməsini təmin etməkdir,” - deyə Prezident çıxışını yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 30 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















