Icma.az
close
up
RU
Mixail Mamiaşvili: Xetaq Qazyumov kimi peşəkarların sayəsində Azərbaycan güləşinin böyük gələcəyi var EKSKLÜZİV

Mixail Mamiaşvili: Xetaq Qazyumov kimi peşəkarların sayəsində Azərbaycan güləşinin böyük gələcəyi var EKSKLÜZİV

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili güləş üzrə Azərbaycan yığmasının yüksək nəticələr əldə etməyə qadir olduğunu deyib.

Bunu İdman.biz-ə eksklüziv müsahibəsində Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında mükafatlandırma mərasimi zamanı baş verən qalmaqala münasibət bildirən Mamiaşvili bildirib.

Dünən mərasim zamanı federasiya rəhbəri medalı təqdim edərkəm keçmiş rus güləşçisi, hazırda Albaniya yığmasında çıxış edən Çermen Vəliyevi satqın adlandırıb. Hadisə baş verən zaman sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Xetaq Qazyumov həmyerlisi Vəliyeva dəstək olub.

Mixail Mamiaşvili öz növbəsində millimizin baş məşqçisi ilə şifahi mübahisəni inkar edib: "Mən Bratislavada keçirilən Avropa çempionatında Qazyumovla danışmadım. Son 8 ayda onunla ümumiyyətlə ünsiyyətim olmayıb".

Bununla belə, İdman.biz-in məlumatlı mənbələri Mamiaşvili ilə Qazyumov arasında insidentin həqiqətən də baş verdiyini təsdiqləyib. Amma görünür, tərəflər Azərbaycan və Rusiya güləş federasiyaları arasında yaxşı münasibətləri nəzərə alaraq, bunu açıq şərh etməmək qərarına gəliblər.

Mükafatlandırma mərasimi zamanı baş verən faktla bağlı Mamiaşvili bunları deyib: "Bu məsələ həddən artıq şişirdilib, bu haqda o qədər danışmağa dəyməz. Sadəcə olaraq, bəziləri orada görmək istədiklərini görüb, tutdular".

Rusiya Güləş Federasiyasının rəhbəri Azərbaycan güləşçilərinin uğurlarını daim izlədiyini və uğurlarına sevindiyini vurğulayıb. "Azərbaycanda ənənəvi olaraq çox güclü komanda və güclü güləşçilər var. Görüləm işlər öz bəhrəsini verir. İndi Azərbaycan millisinin beynəlxalq arenada daha böyük uğurlar qazanmaq iqtidarında olan perspektivli komandası var", deyə - Mamiaşvili əlavə edib.

O, sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Xetaqa Qazyumovun fəaliyyətindən də danışıb: "Mən dostum Namiq Əliyevin (Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti) idmançılara necə qayğı göstərdiyini görürəm və əminəm ki, onun kimi peşəkarların sayəsində Azərbaycan güləşinin böyük gələcəyi var. Həmçinin, komandada da Xetaq Qazyumov kimi sahəsində peşəkar, güləşdə böyük təcrübəsi olan mütəxəssis çalışır".

RGF-nin rəhbəri qeyd edib ki, rusiyalı güləşçilərin böyüklər arasında beynəlxalq yarışlara buraxılmasından sonra istedadlı idmançıların xaricə axını dayanacaq: "Biz belə tendensiyanın bitəcəyini gözləyirik. Tələbələrimizi kütləvi şəkildə cəlb edən ölkələr öz güləşlərini inkişaf etdirməyərək, düzgün olmayan strategiya seçiblər. Bundan başqa, xarici komandaları təmsil edənlərin çoxu Rusiyada təlim-məşq toplanışınlarını davam etdirirkər və Rusiya güləş məktəbinin sayəsində inkişaf edirlər".

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Aprel 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri