Mixail Qusman İlham Əliyevin medianın inkişafına töhfəsi haqqında konfrans keçirməyi təklif edib
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman cari ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafına verdiyi töhfəyə həsr olunmuş konfrans keçirilməsini təklif edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Qusman "Ümummilli lider Heydər Əliyevin medianın inkişafında rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı danışıb.
"Bu ilin noyabrında Azərbaycanın möhtəşəm Zəfərinin 5 ili tamam olacaq. Bu barədə danışacaqlar, yazacaqlar. Lakin mən Azərbaycan rəhbərliyinə müraciət etmək istərdim: noyabrda Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirmək məqsədəuyğun olardı. Bu, həm ədalətli, həm də zəruri tədbir olar", - deyə o bildirib.
Qusman əlavə edib ki, 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 26 müsahibə verib:
"Bu, peşəkar jurnalist diplomatiyasının ən böyük nümunəsidir", - deyə TASS rəsmisi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 08 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















